Avropa İttifaqı Türkiyə ilə danışıqları dayandırmaq niyyətindədir

    3

    Aİ Türkiyənin konstitusiyaya dəyişikliklər edilməsi üzrə referendumdan sonra ölkənin quruma daxil olmasına dair danışıqların müvəqqəti dayandırılmasını müzakirə etmək niyyətindədir.

    TASS xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən “Welt” qəzeti məlumat yayıb.

    “Bu mövzu Aİ ölkələrinin xarici işlər nazirlərinin gələn həftənin sonunda (28-29 aprel) Maltada keçiriləcək görüşünün gündəmində olacaq. XİN rəhbərləri Avropa Komissiyasını Ankaranın quruma daxil olmaq üzrə əsas şərtləri pozmadığını və müvafiq olaraq danışıqları dondurmaq lazım olduğunu nəzərdən keçirməyə çağıracaqlar”, – nəşr vəziyyət ilə yaxından tanış olan Avropa diplomatının sözlərini sitat gətirib.

    “Welt”in məlumatına görə, Aİ Avropa komissiyasının yaxın zamanda Ankara ilə danışıqları qeyri-müəyyən müddətə saxlamaq barədə tövsiyəsindən çıxış edir. Səbəb isə “Türkiyədə azadlıq, demokratiya və insan haqlarının ciddi və mütəmadi olaraq pozulmasıdır”.