Türkiyə sərhədində yırtıq ABŞ bayrağı – sərhəd zastavası gücləndirilir

    3

    ABŞ, İngiltərə, Fransa və Almaniya hərbçilərinin yerləşdirildiyi Tel-Abyadda keçmişdə İordaniya və Səudiyyə Ərəbistanında işləmiş muzdlu hərbçilər də PYD-nin silahlı qanadı YPG-nin sıralarında snayper kimi fəaliyyət göstərirlər. Türkiyənin təhlükəsizlik birliklərinin yaxından təqib elədiyi bölgədən gələn məlumatlara görə, Tel-Abyadda əcnəbi hərbçilərin sayı artıb, burada tank və ağır texnika ilə yanaşı, “Tomahavk” raketi də mövcuddur.

    İŞİD terror təşkilatının “paytaxtı” Suriyanın Rakka şəhərindən 90 kilometrlik məsafədəki Akçakalenin qonşusu olan, əsasən, ərəblərin sıx məskunlaşdıqları 100 min nəfər əhaliyə malik Tel-Abyad 2012-ci ildə Əsəd hökumətinin ixtiyarından çıxıb Azad Suriya Ordusunun, daha sonra isə müxtəlif qrupların hakimiyyəti altında olub. 1014-cü ilin ilk günlərindən İŞİD-in nəzarətinə keçən Tel-Abyad, 2015-ci ilin iyun ayında isə PKK terror təşkilatının silahlı qanadı YPG-yə ötürülüb.

    İlk günlərdə Tel-Abyadən öz sahiblərinə qaytarılacağı və YPG-nin çıxıb gedəcəyi bildirildi. Lakin ötən müddət ərzində geri qayıtmaların icazə verilməyən ərəblərin evlərinə Kobani, Rasulayn və Haseke şəhərlərindən gətirilən kürd mənşəli suriyalılar yerləşdirilib.

    Sərhəddə intensiv tədbirlər

    Tel-Abyaddakı hadisələri yaxından təqib edən təhlükəsizlik qüvvələri sərhəd xəttində də daimi səfərbərlik vəziyyətindədirlər. Suriya ilə olan 82 kilometrlik sərhədin 40 kilometri divarla örtülü olan Akçakaledə türk hərbçilər mümkün hücumlara qarşı əlləri tətikdə 24 saat vəzifə başındadırlar. Sərhəd zastavasına ediən hücumlardan sonra Akçakale sərhədində əlavə hərbi personal və zirehli texnika göndərilib.

    Hurriyyet.org