Donald Tramp: “Meksika ilə aramızda divarın olması zəruridir”

    3

    ABŞ-ın cənub sərhədlərində qeyri-qanuni mühacirlərin sayı 73% azalıb.

    “RİA Novosti” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Corciya ştatında çıxış edərkən bəyan edib.

    “Cənubda ABŞ-a keçmək istəyən miqrantların sayı 73% azalıb. Məhz bu səbəbdən  Meksika ilə aramızda divarın olması zəruridir. Yadınıza salmaq istəyirəm ki, 2001-ci il 11 sentyabr hadisəsindən Boston marafonunadək terror aktlarını törədənlər ABŞ-a digər ölkələrdən gələnlər olub. Bu səbəbdən miqrasiya təhlükəsizliyi hazırda milli təhlükəsizlik anlamına gəlir”, – deyə D.Tramp vurğulayıb.