“Əl-Qaidə” liderlərindən biri məhv edildi – YƏMƏNDƏ

    3

     

    ABŞ hərbçiləri Yəməndə “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

    “RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

    “Aprelin 23-də hava zərbəsi nəticəsində “Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib”, deyə C.Devis qeyd edib.

    Pentaqon rəsmisi həmçinin bildirib ki, aprelin 27-də Əfqanıstanın Nanqarxar əyalətində xüsusi əməliyyat nəticəsində 35 İŞİD terror qruplaşmasının silahlısı məhv edilib.