Tikinti şirkətlərinin əmlakı hərraca çıxarılır – BORC QALMAQALI

    3

    P.Məmmədovun sözlərinə görə, son dövrdə qarşılaşan digər problem şirkətlərlə işçiləri arasında baş verir. İxtisara düşən işçilər onlara verilməli olan kompensasiyanı ala bilmədikləri üçün müraciət edirlər. Hüquqşünasın sözlərinə görə, əvvəllər belə mübahisələr olmasa da, son bir ayda 10-dan çox belə şikayət daxil olub. Digər tərəfdən, gəlirləri azalan şirkətlər işçilərini düzgün şəkildə, hüquqiq qaydalara əsaslanaraq ixtisara salmaq üçün hüquqi məsləhət almağa çalışırlar. P.Məmmədovun sözlərinə görə, belə şirkətlər əsasən subpodratçı neft-qazma şirkətləridir: «Neftin dünya bazarında ucuzlaşması artıq bu sahədə də işlərin dayanmasına gətirib çıxarıb. Nəticədə əlavə işçilərə ehtiyac qalmayıb». Onun sözlərinə görə, bir ayda şirkətlərdən 3-4 belə müraciət daxil olub.