ABŞ Ermənistana sanksiya tətbiq edəcək

    6

    Hurriyyet.org xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.

    Onun sözlərinə görə, ABŞ nümayəndləri seçki prosesində rüşvət, seçicilərə təzyiq faktları qeydə alıblar.

    Səfir bu faktların digər beynəlxalq təşkilatlar tərəfindən də aşkar edildiyini bildirib: “Biz hökumətimizi bütün bu faktlarla bağlı geniş araşdırma aparmağa çağırmışıq“.

    Qeyd edək ki, aprelin 2-də Ermənistanda qanun pozuntuları ilə müşayiət olunan parlament seçkiləri keçirilib. /trend/