Səudiyyə Ərəbistanı Yəməndə İranla bacara bilmir: Krallıq tayfa başçılarını pulla ələ almağa çalışır – TƏHLİL

    3

    Yevgeni Satanovski

    Yaxın Şərq İnstitutunun prezidenti (Rusiya)

    vpk-news.ru, 20.04.2017

    Səudiyyə Ərəbistanı Yəməndə onun üçün xüsusən də BƏƏ ilə birbaşa münaqişə şəraitində ən əlverişsiz şəkildə biçimlənən müharibəni başa çatdırmağa çalışır. Əbu-Dabi Misir Ərəb Respublikası ilə alyansda Cənubi Yəmənin ayrılması və Qırmızı dənizin limanları və Bab-əl-Mandəb boğazı üzərində üstünlüyə doğru kurs götürüb ki, bu da Səudiyyə maraqlarına ziddir.

    Səudiyyə Ərəbistanı Krallığı (SƏK) və BƏƏ Yəməndə hərbi qüvvə qıtlığı hiss edərək bunu Sudanda tapıb, ABŞ-da lobbilik edir ki, bu ölkə rəhbərliyini sanksiyalardan çıxartsın.

    Tayfa sövdələşmələri

    Yəmən hökumət qüvvələri Ərəbistan koalisiyasının dəstəyi ilə Xodeyda liman şəhərində husilərə həmləyə hazırlaşır. Hədəfi husilərin dənizə çıxışını kəsmək və Bab-əl-Mandəb boğazı üzərində Yəmən hökumətinin nəzarətini təşkil etmək olan “Qızıl nizə” əməliyyatının ikinci mərhələsinin ləngiməsi (birinci mərhələ yanvarın əvvəlində Qırmızı dənizdə Moha liman şəhərini götürməklə başa çatıb) Xodeyda qarnizonunun üsyançı qüvvələr və eks-prezident Salehin Respublika qvardiyasının dəstələri ilə möhkəmləndirilməsinə görə baş verib. Liman husilər üçün başlıca silah və döyüş sursatı qaynağı olaraq qalır. Hücum edənləri “Hizbullah” müşavirlərinin iştirakı ilə inşa edilmiş yeraltı tunellər gözləyir. Bundan başqa, İran Şimali Koreyadan artıq Yəmənə yollanmış bir partiya SZRK və stasionar zenit sistemləri alıb. Moha götürüldükdən sonra tədarükün yükboşaltma məntəqəsi Xodeyda limanı olub. SZRK-nin daşınması Qırmızı dəniz və Oman tranziti ilə Somalinin “Əş-Şəbab” islamçılarının əliylə baş tuta bilər.

    SƏK üçün Yəməndə işlərin acınacaqlı durumu bununla şərtlənir ki, Ər-Riyad ölkəninn tayfa qruplarını satın almağı praktikada dəyişdirib. Tayfalar (əsasən, Həşid) Qətərdə özlərinə sponsor tapıblar. “İslah” partiyasının və tayfa qruplarının liderləri – Əhmər qardaşları Dohadan maaş alırlar. Ər-Riyadın Yəmən tayfalarının loyallığını seçimlə satın almaq mexanizmini bərpa etmək cəhdləri işləmədi. Görünür, büdcə kəsirinə baxmayaraq simiclik etməmək qərarı qəbul edilib. Bununla bağlı olaraq aprelin 6-da Ər-Riyadda Həşid şeyxlərinin qurultayını təşkil ediblər. Dərəcə və statusundan asılı omayaraq, gələn hər bir kəsə 200 min Səudiyyə rialı (haradasa 70 min dollar) verilib. Vəzifəsi şeyxləri husilərə dəstək verməməyə inandırmaq olan qurultayın yekunları üzrə tayfa elitalarının ən nüfuzlu simaları öz zərflərini alıblar. Bu taktika məxariclidir: müntəzəm bəxşiş vermək lazımdır, əks halda nəticə olmayacaq.

    SƏK tayfa başçıları ilə təmasın təminatı üçün Səna ətrafına paraşütçülər atıb ki, partizan müqaviməti hərəkatı təşkil etsin. Tayfaların loyallığı Ər-Riyad üçün uzunmüddətli perspektivdə önəmlidir. Taxt varisi və SƏK müdafiə naziriMuhəmməd bin Salmanın çevrəsində “əmirlikçilər və Cənubi Yəmən müqavimətinin onlara loyal qüvvələrin Xodeydanı götürməyə, imkan verməyin gərəkib-gərəkmədiyi” haqda müzakirələr gedir. Sonra isə Səna mühasirəyə alınacaq və bu da onların təkcə Cənubda deyil, bütünlükdə ölkədə nüfuzlarının güclənməsinə səbəb olacaq. Ər-Riyadın seçim macalı yoxdur: krallıq bütün maliyyə qüvvəsinin gərginliyi ilə Yəmən kampaniyasını başa çatdırmağa cəhd edir.

    Ağ Evin antiiran ritorikası və Pentaqonun SƏK-dən sanksiyaların götürülməsi haqda bəyanatı səudların kosmik və elektron kəşfiyyat məlumatlarına çıxışı, onlara PUA (pilotsuz uçuş aparatı -tərc.) və raket silahının bir sıra özəlliklərinin təqdimi deməkdir. Onların məqsədi bölgəsəl sabitliyi saxlamaq və İranı önləmək üçün səudlarla strateji münasibətlərin reanimasiyasıdır. Vaşinqton Yəmən münaqişəsini Tehrana təzyiqin alternativ sahəsi kimi nəzərdən keçirir. Tramp administrasiyasının İran nüvə proqramı (İNP) üzrə saziş şərtlərinə   yenidən baxılması haqda ideya AB-nin sərt reaksiyası ilə üzləşib. Bununla belə, antiiran ritorikasına baxmayaraq ABŞ sanksiyalar rejimindən çıxmaq üçün fəaliyyətin əlaqələndirilməsi üçün Vaşinqton və Tehranın iki il əvvəl qəbul etdiyi “Joint Comprehensive Plan of Action“ (JCPOA) proqramını saxlayır. Vaşinqton bin Salmanın bu proqramı bağlamaq çağırışlarına təmkinlə yanaşır. O, öncədən nəzərdə tutulmuş alqoritmdə işləmir, amma Tehranla ehtiyat rabitə variantı kimi qüvvədə qalır.

    Amerikalıları İranın Yəməndə iştirakına qarşı kəskin fəaliyyətə onların Qırmızı dənizdəki gəmilərinin atəşə tutulması və Bab-əl-Mandəb boğazında gəmiçiliyə təhlükə təhrik edir. BƏƏ-nin üsyançılarda  vurduğu İranın yeddi PUA Tehranın Yəmən istiqamətində fəallığının artmasının sübutu olub. Amerika kəşfiyyatı bunu husilərin rəhbərliyinin İİKK “Əl-Qüds” xüsusi bölməsinin başçısı, general Qasım Süleymaninin görüşləri ilə bağlayır. İranlılar silah və müşavirlə dəstəyi artırmağı vəd ediblər.

    Yəmən “cəbhələr”indəki durum ölgün olaraq qalır. Husilər Səəda əyalətində bir sıra uğurlu hücum əməliyyatı keçiriblər. Ər-Riyad onların irəlilədiyi, Sənadan şimala mərkəzi Nəkim və Sirvan bölgələri olan rayonlarda cəmlənmiş bombardmanlarla cavab verib. BƏƏ qoşunlarının onlara loyal Cənubi Yəmən hərəkatı ilə Qırmızı dənizin Taiz sahili və Mohini azad etdikdən sonra Ərəbistan koalisiyasında Xodeydaya qarşıdakı hücum haqda danışırlar. Koalisiya qoşunları limanın 120 km-liyində durub. Əbu-Dabidə təkbaşına hücum etməyə maraqlı deyillər, amma ABŞ əməliyyata qatılsa, BƏƏ oyunda olacaq. Ərəbistan koalisiyası Ağ Evin razılığı ilə Yəməndə məhdud əməliyyata Xodeyda ətrafında başlayacaq. Bu limanın götürülməsi husilərin ərzaq blokadasına alınmasını bildirir bura ölkəyə qaçaqmalın gəldiyi son məntəqədir, Yəmənə ərzağn 80%-i dənizlə tədarük olunur.

    Sudan kabusları

    Xartum Əbu-Dabi ilə saziş üzrə Ədəndə altı minə qədər “cancavid” yerləşdirməyi planlaşdırır. “Cancavidlər” (“süvari kabuslar”) Sudanın Darfur əyalətindən ərəb tayfa milisinin hərbiləşdirilmiş qeyri-müntəzəm dəstələri, üsyançılarla mübarizədə daha effektli üsuldur. 2003-2013-cü illərdə onların arxa cəbhə bazalarını dağıdıb, etnik təmizləmə aparıblar. Buna görə Xartum və “cancavidlər”in komandirləri Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hərbi canilər siyahısına düşüblər.

    Bu, Brüsselin 2016-cı ildə “cancavidlər”in Xartum tərəfindən Afrika ölkələrindən AB-yə qeyri-leqal mühacirətlə mübarizəyə (qaçış marşrutları Şimali Darfurdan Liviyaya gedir) cəlb edilməyinə göz yummağına və bu proqramları maliyyələşdirməyə mane olmadı. Bu təcrübə BƏƏ də Yəmənə “kabuslar” göndərməklə sınaq aparmağa həvəsləndirib. Buna qədər orada döyüşlərə qatılmayan nizami Sudan qüvvələri – üç min hərbçi durub. Yəməndə deyildiyi kimi, sudanlıların əsas vəzifəsi yerli qadınlara evlənmək və SƏK-ə mühacirət idi.

    “Cancavidlər” hazırda rəsmən “Rapid Support Forces“də (RSF) birləşiblər. BƏƏ varis şahzadəsi bin Nahəyan və Sudan prezidenti əl-Bəşir fevralda onların Yəmənə göndərilməsi haqda saziş əldə ediblər. Əbu-Dabidən “təcili yardım” tələbi olub. Sudanlıların Yəməndəki ekspedisiya korpusuna RSF lideri Həmdan Dalqo (“Həmiti”) başçılıq edəcək. O, 2016-cı ildə Sudan prezidenti Y. Osman Əhməd əl-Hüseynin xüsusi elçisinin müşayiəti ilə bir neçə dəfə Ər-Riyad və Əbu-Dabiyə baş çəkərək “cancavidlər”in dislokasiya şərtləri və əməliyyatın maliyyələşdirilməsini müzakirə edib. Ekspedisiya korpusunun özülü rəzəyqat tayfasının döyüşçüləri olacaq. Muzdluların maliyyələşməsi və təchizatı SƏK və BƏƏ-nin qayğısıdır. Döyüşçülər Darfurda təlim keçəcək.

    “Həmiti”nin əsas ortaqlaırndan biri maxami tayfasının başçısı, “cancavidlər”in banisiM.Hilaldır. “Kabuslar”ın hər iki lideri Maunt Amərdə qızıl hasilatı üzrə tərəfdaşdır. Hilal kiçik qızıl hasilatçıları içində nüfuzlu simadır və bu qismdə BMT-nin xüsusi məruzəsində xatırlanır. Məruzədən qənaət çıxır ki, mədənlər uğrunda mübarizə Darfurdakı sabitsizliyin əsas səbəblərindən biridir. Hər ikisi BCM-nin cinayətkarlar siyahısında və beynəlxalq sanksiyalar altındadır. Şeyxlərin nəzarətində 20 minə yaxın adam var.

    Əl-Bəşir “cancavidlər”i Yəmən göndərməklə bir sıra vəzifələri həll edir. SƏK, BƏƏ və Sudan arasındakı sıx ittifaqı vurğulayır ki, bu da iqtisadi sabitliyi saxlamaq üzrə onlara maliyyə və diplomatik yardım, həmçinin sonuncunun  üzərindən ABŞ və AB-nin iqtisadi sanksiyalarının götürülməsi  baxımından önəmlidir. Büdcə problemləri nəzərə alınmaqla RSF-i maliyyələşdirir. Bununla belə, husilərlə mübarizədə “cancavidlər”in rolu son dərəcə problemlidir. Yəmən torpağı onlara yaddır və sudanlılar orada özlərinin “əmin-amanlıq” üsullarını işə salmağa cəhd etsələr, onları döyəcəklər.

    Göndərilən “kabuslar”ın sayı xəbər verir ki, SƏK və BƏƏ Yəmən münaqişəsində öz qüvvələrinin iştirak dərəcəsini cüziləşdirməyə çalışır. Buna görə də Səna və Xodeydaya nəzərdə tutulan hücumda muzdlulara zərbə qüvvəsi kimi yanaşmağına dəyməz. Bu, qeyri-müntəzəm, zəif silahlanmış, adətən, pulemyotlu ciplərdən istifadə edən qüvvədir. “Cancavidlər” Yəməndə əsasən SƏK sərhədinə nəzarət edəcəklər.

    AB pulları ilə ov

    AB ilə Türkiyə arasında mühacirət haqda saziş qüvvədə qalınca qaçqınların əsas marşrutu Sudan və Liviya ərazisindən “Afrika tranziti”dir. Brüssel qarşısında Türkiyə variantından fərqli qarşıdurma mexanizmləri hazırlamaq problemi durub. Bu, Liviyada güclü və effektli, qeyri-leqal silah, narkotik və mühacir axınlarının keçməsinə imkan verməyən hökumətin olmaması ilə bağlıdır. Liyiada danışıqlar üzrə tərəfdaşsızlıq avropalıları Sudanda axtarışa vadar edib. Bu ölkədən, sonra isə Sudan və Liviya sərhədindən Afrikadan AB-yə ənənəvi qaçaqmalçılıq yolları gedir. AB-nin inkişaf üzrə özəl komissarı, xorvat N.Mimiç 2016-cı ilin yaz və yayında Afrikadan qeyri-leqal mühacirət kanallarını kəsmək tədbirləri üzrə saziş əldə etməyə çalışaraq Xartum üzərində işləyib. Brüsselin baxımından cinayətkar, başçısı prezident əl-Bəşir və yaxınları olan, BCM hökmünə görə soyqırımda ittiham olunan, Vaşinqtonun versiyasına görə isə, “ABŞ milli təhlükəsizliyi üçün təhlükə təşkil edən” rejimə sövdələşmə təklif etmək onu utandırmayıb. Sudanın qeyri-leqal mühacirətə qarşı mübarizəyə qatılması qiyməti hələlik AB-nin özəl qrantları qismində Xartuma iki tranşda köçürülmüş 140 milyon avro təşkil edir. Bununla belə, AB bankirləri sanksiya altındakı ölkə ilə qanunsuz əməkdaşlıq ittihamından qorxmayıblar.

    Sudan hökumətinin əvəzində AB-dən pul alaraq gördüyü tədbir Liviyaya  yolda qaçqınların vurulmasıdır. Formal olaraq mühacirlərin həbsi və “önləyici həbsi” başa vurmaq üçün Sudanın səhra rayonlarına deportasiyası nəzərdə tutulur. Lakin müvəqqəti saxlanma düşərgələrinin harada yerləşdiyi və dustaqlardan kimin ora gedib çıxdığı məlum deyil. AB qrantları isə süzgəc məntəqələrin də təşkili üçün verilib. Xartumun məlumatına görə, 2016-cı ilin yaz-yayı ərzində Liviya-Sudan sərhədində Əl-Şəvərlit rayonunda 300-dən çox qanunsuz mühacir həbs olunub. Qorxutma əməliyyatlarına Sudan Milli Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (MKTX) rəhbər iyerarxiyasına daxil olan Həmdan Dalqo çevik dəstək qüvvələrinə (ÇDQ) komanda verməklə başçılıq edir. ÇDQ-nin böyük hissəsini “cancavidlər” təşkil edir. Onların dəstələri 2013-cü ildə ÇDQ ilə birləşib. Vəzifələr içində xüsusən də Şimali Darfurda “Həmiti”nin komandanlıq etdiyi sərhədçi funksiyası da göstərilib. O, BCM-nin ittiham olunanlar siyahısındadır. Ona tabe strukturlar soyqırımdan başqa Avropanın bir sıra məhkəmə orqanları tərəfindən Mərkəzi Afrika Respublikasındakı qarət və qanunsuz ovda ittiham olunur. BMT-nin Sudan üzrə özəl təmsilçisi İbn-Şəms 2014-cü ildə Brüsselin göndərdiyi sənədlərl bu ittihamları səsləndirmyə cəhd edib, lakin MKTX rəhbərliyindəki general Ə. Əbdüləziz “Həmiti”ni müdafiəyə götürüb. ÇDQ-nin yaranış qaynaqlarının başında durmuş general ona “cancavidlər”dən yeni döyüşçülər yığmağı tapşırıb. Yekunda daha altı min nəfər toplanıb.

    Dəyərli başkəsənlər

    Qərb xüsusi xidmətlərinin Sudanın güc qurumlarının daha çirkin strukturları ilə əməkdaşlığı mövzusunu davam etdirərək qeyd edək ki, Sudan Milli Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (NISS) başçısı M.Atta martın 27-də Vaşinqtona səfər edib. Səfər MKİ başçısı M.Pompeonun şəxsi dəvəti ilə baş tutub. Sudanlı ilə həmçinin FTB direktoru D.Koni və MTA rəhbəri S.Rocer görüşüblər. Bununla belə, NISS “cancavid” birləşmələrinin əsas təşkilatçısı və kuratoru idi. Əl-Bəşirin olduğu ölkələrə qarşı Vaşinqtonun ittiham ritorikası dərhal səngidi. Məsələn, İordaniya martda onu Ərəb Dövlətləri Liqası sessiyası çərçivəsində qəbul edib və bu, Ağv Evin heç bir qınağını doğurmayıb. Lakin əvvəllər əl-Bəşiri Ağ Evdə “cəhənnəm zəbanəsi” və “hərbi cani” adlandırırdılar.

    İndi Suriya prezidenti B. Əsəd “cinayətkar” olub. Amma o, Ər-Riyadla dostlaşıb Tehranla dalaşsa, onda ABŞ üçün “yaxşı olan” olacaq. İranla dostluq edərkən “pis” və maliyyə yardımı əvəzində SƏK orbitinə daxil olanda “yaxşı” olan Sudan prezidentinin başına məhz bu gəlib. Həm də o qədər canbir olub ki, Xartum Ərəbistan koalisiyasının tərkibində Yəmənə beş min hərbçi və əlavə beş min “cancavid” göndərməyə razılaşıb. Amerikalıların düşmənlikdən dostluğa dönüşü varis şahzadənin xələfi və SƏK müdafiə naziri Məhəmməd bin Salmanın Vaşinqtona son səfərində səsləndirdiyi xahişi sayəsində mümkün olub. Prezident Tramp təkcə Sudanla təhlükəsizlik sahəsində əməkdaşlığı artırmağı deyil, həm də iyuna doğru bütün sanksiyaları götürməyi vəd edib. Səbəb sadədir – Tramp Ər-Riyadla strateji əməkdaşlığı bərpa kursu elan edib və “dostların dostları” ilə yaxınlaşmağa başlayıb.

    Əl-Bəşirin “Yaşıl Beynəlmiləl”in xarizmatik lideri və Usamə bin Ladenin tərəfdaşıX. Ət-Turabini hakimiyyətdən uzaqlaşdırdığı andan ABŞ MKİ-i ilə NISS arasında bütün dünya üzrə islamçıların fəallığı haqda informasiya mübadiləsində işgüzar təmaslar var.

    …Deyilənlərin hamısından həm AB və ABŞ üçün, həm də Yəməndə vuruşan Ərəbistan koalisiyasının rəhbərliyi, birinci növbədə BƏƏ və Səudiyyə Ərəbistanı üçün qeyri-xoş qənaətlər çıxarmaq olar.

    Yəməndən danışsaq, Körfəz monarxiyaları husilərlə və eks-prezident Salehə sadiq qalmış bölmələrlə təkcə müharibəni uda bilməyib, həm də bütün Ərəbistan yarımadasında sabitlik üçün gözlənilməz nəticələrlə xərci çox, sürəkli münaqişəyə cəlb olunublar.

    Tərcümə Strateq.az-ındır.