Məşhur kəşfiyyat-analitika mərkəzi Stratfor: “Rusiya və İran Suriyada çıxılması olduqca qəliz münaqişəyə ilişib qalıb” – TƏHLİL

    3

    Stratfor (ABŞ), 05.05.2017

    Ayrıca götürülmüş hər gündə başlıca olanı ikinci dərəcəlidən ayırmaq çətin olur. Belə, ya elə, düşüncələr məhz bunu təxmin edir – bu gün baş verəni götür-qoy edərək, sabah nə baş verəcəyini təxmin edə bilərik. Rusiya prezidenti Vladimir Putin Qara dəniz sahilində yerləşmiş kurort şəhəri Soçidə Türkiyə prezidentiRəcəb Tayib Ərdoğanla Suriyadan çıxışın mümkün strategiyasını müzakirə edib. İndiki görüş Rusiyanın bataqlıqdakı kimi başını itirib çıxmağa çalışdığı durumun fövqəladəliyini vurğulayır. Müzakirənin gedişindəki mövzuların biri davam edən münaqişənin dayandırılması haqda siyasi danışıqların irəliləyiş təşəbbüsləri çərçivəsində Suriyada deeskalasiya (dairənin daraldılması-tərc.) zonalarının və yaxud “təhlükəsiz” deyilən zonaların yaradılması idi. Düzdür, Suriya üsyançıları mayın 3-də Astanada bölgənin digər əraziləri məsələsi üzrə sülh danışıqları prosesinə qatılmaqdan imtina edib, bununla da Suriyada döyüşən tərəfləri münaqişənin mümkün tənzimlənməsinə vadar etmək cəhdlərini pozublar.

    Bu cür addım Rusiyanın üzləşdiyi çətinlikləri və Kremlin Suriya münaqişəsindən tədricən çıxmaq planının uğurla həyata keçirilməyinin nə qədər şübhəli olduğunu sərgiləyir.

    Rusiyanın Suriyaya müdaxiləsi, Suriyanın loyalçı qüvvələrinə dəstək qəsdilə (İranla yanaşı) fəaliyyəti bəzi baxımlardan uğurlu olub. Məsələn, Rusiyanın münaqişədə iştirakı döyüş meydanlarında durumu sabitləşdirməyə və Suriya qoşunlarının üstünlüyünü bərpa etməyə yardım edib. Bundan savayı, Rusiyanın münaqişəyə girməsi təkcə ölkədə qoşunların yerləşdirilməsi və bazaların genişlənməsinə səbəb olmayıb, həm də şəxsi heyətin məşqi üçün orada poliqon yaratmaq və Rusiya hərbi texnikasının nümayişinə imkan verib.

    Nəhayət, müdaxilə Moskvanın geopolitik çəkisinin artmağına şərait yaradıb, Kreml bunun sayəsində bölgədə əsas oyunçu kimi qeyd edilib. Bununla belə, Rusiya münaqişədə baş rolu oynamaqla hazırda ondan vaxtında sürətlə çıxmağa və döyüş əməliyyatlarında iştirakı dayandırmağa can atır. Suriya böhranında iştirakdan əldə edilmiş bütün mənfəətlərə baxmayaraq, Moskva dərk edir ki, önəmli itkilərə də məruz qalıb. Və daha mühümdür ki, bu gün əldə etdiyi üstünlüklərin vaxt keçdikcə asanlıqla qüvvədən düşə biləcəyini də anlayır – xüsusən də müharibə sonu görünməyəcək dərəcədə uzanarsa.

    Moskvanın üsyançı güclərin Türkiyə və Fars körfəzi ölkələrinin əməkdaşlıq Şurası kimi hamiləri ilə münasibətləri də laxlayıb – xüsusən də Rusiya Dəməşqə dəstəyi fəallaşdırarkən. Bundan başqa, bu dəstək Moskvaya çox baha – insan həyatı qiymətinə və maddi məsrəflərə başa gəlir. Son bir neçə ayda əsasən Rusiya qoşunlarının Suriya münaqişəsinə artan müdaxiləsi nəticəsində Rusiya hərbçiləri içində itkilər artıb. Lakin ehtimal ki, bu da mühümdür ki, Moskva Suriyada nə qədər çox qalarsa, onun üçün əlverişli və münasib saziş bağlamaq imkanlarının daha az olacağını çox gözəl başa düşür. Rusiya münaqişədəki vəziyyətini ABŞ və Avropa tərəfindən daha ciddi güzəştlər əldə etmək vasitəsi kimi istifadə etməyə, onları danışıqlar masası arxasına əyləşməyə məcbur etməyə can atır. Amma Suriya aviasiyasının kimyəvi silah işlətməklə Xan Şeyxun şəhərinə aviahücumunun göstərdiyi kimi hadisələr Rusiyanın ölkədəki nüfuz hüdudlarını bir anda nümayiş etdirə bilər. Bu arada Rusiya qoşunları bundan sonra da müxalif güclərin tam qətiyyəti ilə üzbəüz qalır və Moskva artıq Birləşmiş Ştatların son onillikdə İraq və Əfqanıstanda üzləşdiyi problemləri yaşayır.

    Rusiya “bataqlıqda ilişəcəyi” ssenaridən yayınmaq cəhdiylə keçən ilin sonunda mövqeyini dəyişib. Bunun sübutu ilk dəfə Birləşmiş Ştatlarla danışıqlarda və sonra bir daha Moskva Türkiyə ilə münasibətləri normallaşdırmağa cəh edərək atəşkəs təşəbbüslərilə möhkəmləndirilən danışıqlar vasitəsilə siyasi həll tərəfə hərəkətlənərkən hiss olundu. Amma Türkiyə getdikcə daha da radikallaşan üsyançı gücləri Rusiyanın nail olmağa çalışdığı güzəştlərə getməyə inandırmaq istəmədi və bacarmadı. Və bütün bu müddətdə Rusiyanın münaqişədə artan iştirakı vasitəçi qismində Ankaranın cəhdlərini pozur. Bundan başqa, İran kimi Suriya hökuməti də əvvəlki tək Rusiyanın təşəbbüs və motivlərinə şəklə yanaşır, Dəməşq və Tehranın əsas maraqlarının gerçəkləşməsi üçün xeyli önəmli münaqişənin hərbi həllinə nail olmağa böyük hazırlıq nümayiş etdirir.

    Gerçəklik bu cürdür ki, Suriya münaqişəsinin danışıqlar yolu ilə həlli Rusiyanın münaqişədən çıxmaqda qorxaq addımlar atmağa başladığı dövrdənsə indi daha şübhəlidir.

    Davamlı zorakılıq artıq dəfələrlə elan edilmiş, sonrakı danışıqlar üçün önəmli təməl ola biləcək atəşkəsin effektivliyinə olan-qalan inamı zəiflədir. Bununla bərabər, üsyançı güclər loyalçılar və onların müttəfiqlərinin əzici atəş gücünün fonunda təəccüblü mətinlik sərgiləyərək zaman keçdikcə daha sərt xətt tuturlar. Getdikcə daha da aydın olur ki, hətta üsyançıların hərbi baxımdan öz mövqelərindən vurulub çıxarılacağı və geri çəkilməyə məcbur olacağı halda da onlar çox güman ki, silahı yerə qoymaqdansa kütləvi şəkildə üsyançılıq və partizan taktikasına əl atacaqlar. Eyni zamanda Rusiyanın vasitəçi rolu oynamaq bacarığı üsyançı şəhər və kəndlərə qarşı apardığı ağır hava kampaniyaları səbəbindən əsaslı şəkildə zəifləyib. Astanada bu günki danışıqları tərk edən üsyançılar bunu özəlcə vurğulayıblar.

    Rusiya – həmçinin İran da – çıxılması olduqca qəliz, sürəkli münaqişəyə ilişib qalıb. Hətta Moskvanın çıxış üzərində düşünməyi davam etdirdiyi halda da istənilən dinc tənzimləmə son nəticədə Kremlin maraqlarna xidmət etməlidir və məlum olur ki, bu hədəfə yetmək getdikcə çətinləşir. Nəzərə alınsa ki, Moskva Dəməşqdən tam çıxıb gedə bilməz və eyni dərəcədə Suriyadakı maraqlarından imtina etmək istəmir, onun münaqişədə iştirakı ABŞ, Almaniya və Türkiyə kimi ölkələrlə həlledici əhəmiyyət kəsb edən münasibətləri yaxşılaşdırmaq cəhdlərinə nəinki yardım olar, əksinə, ziyan vurar. Dəyişən hərbi vəziyyətin döyüşün nəticəsini kökündən dəyişə biləcəyi kimi Rusiyanın Suriyadakı şansları dəyişilib – həm də pis yöndə. Və bu gün Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşü başa çatdığından, şübhəsiz, Kremlin bir sualı qalır: oyunun hansı yekunlaşdırıcı mərhələsini məqbul saymaq olar?

    Tərcümə Strateq.az-ındır.