Pekin Bakıya nəvaziş göstərir: Çin Orta Asiya və Cənubi Qafqazdan Qarsa çıxır – TƏHLİL

    3

    Sərkis Saturyan

    Regnum İA, 04.05.2017

    Çin dünya maliyyə-iqtisadi böhranından (2007) sonra postsovet məkanında nüfuz dairələrinin yenidən bölgüsünə girişib. Səs-küylü heç bir konsepsiya elan edilməyib. Çin kapitalı London sitisi və 2008-ci il prezident kampaniyasının yekunları üzrə Ağ Evi tutmağa hazırlaşan ABŞ Demokratik Partiyasının dəstəyindən faydalanaraq sakitcə, amma qətiyyətlə hərəkət edib. Ekspansiya yeddimillik addımlarla gedib. Türkiyə, Gürcüstan və Azərbaycan hələ 2007-ci ildə Bakı-Tiflis-Axalkalaki-Qars dəmiryolunun inşası haqda memorandum imzalayıb.  2008-ci ildə layihənin gerçəkləşməsi başlanıb. İstinad Qafqazarxası teatrdan Gürcüstan prezidenti Mixail Saakaşvilinin Cənubi Osetiya və Abxaziyaya münasibətdə açdığı avqust müharbəsi vasitəsilə təminatı planlaşdırılan Rusiyanın tam təcridi idi.  Sonradan hərbi fəallıq diplomatik cəbhəyə keçdi. Ermənistan və Türkiyə 2009-cu il oktyabrın 10-da ABŞ-ın təzyiqi ilə diplomatik əlaqələrin qurulması haqda Sürix protokollarını imzalayıb.Dövlət katibi Hillari Klinton məmnun idi – üfüqdə Moskvanın siyasi məğlubiyyəti işarırdı. O, Köhnə Dünyada Çin üçün nəqliyyat dəhlizləri açmaq ümidilə bildirib:“Cənubi Qafqazdakı münaqişələr Orta Asiya ölkələrindən AB-yə qaz tədarükü üçün problemlər yaradır ki, bu da Avropanın Rusiya karbohidrogenlərindən asılılığını azaltmağa imkan verər”.

    Xoşbəxtlikdən Türkiyə parlamenti bu mənasız sənədi ratifikasiyadan imtina edib: Ankara ermənilərin Soyqırımını (mətində bu cürdür-tərc.) tanımasa, Ermənistanın növbəti təhdidlərdən zəmanəti  olmayacaq.

    2009-cu ildən bəri az şey dəyişilib. Hadisələr yalnız sürətlənir. Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Türkmənistan planlı şəkildə Çin-Britaniya cənub istiqamətində Rusiyadan yan keçən “İpək Yolu” layihəsinə düzülür. Türkiyə nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslanın Bakı-Tiflis-Qars (BTQ) dəmiryolunun 2017-ci il iyunun sonunda başa çatacağı haqda məlumat verməyi təsadüfi deyil. Ankarada artıq BTQ-nin gerçəkləşməsinə öz siyasi karyerasını qoymuş prezident Rəcəb Ərdoğanın baş çəkməyi planlaşdırdığı magistralın açılış mərasiminə hazırlaşırlar. Məsələnin dəyəri Türkiyənin potensial yekun yatırım məbləği 21 trilyon dollar olan “İpək Yolunun İqtisadi qurşağı”nda prioritet iştirakıdır. BTQ layihəsinin Gürcüstan hissəsi hələ bu ilin aprelində inşa olunub. Marşrut 68 km Türkiyəyə, 30 km isə Gürcüstana düşən 98 km uzunluğunda Qars-Axalkalaki dəmiryolundan ibarətdir. İnşaat həmçinin Axalkalaki-Tiflis dəmiryolunun 183 km-lik hissəsini də əhatə edib. BTQ-nin nəqliyyat potensialına gəlincə, ildə 17 milyon ton yük dəyərləndirilir. Ankara əldə olunanla kifayətlənməyərək Qars-İqdır-Naxçıvan dəmiryolu layihəsini təklif edir. Arslan bildirib ki,  “Prezident və baş nazir BTQ-nin inşaat prosesini diqqətlə izləyirlər. Bu dəhliz Türkiyə üçün son dərəcə mühümdür, çünki yük daşımalarının önəmli hissəsini Türkiyə ərazisinə cəlb edəcək” və dəqiqləşdirib ki, yol Çin, Qazaxıstan və Türkmənistandan yük axınlarını əlaqələndirəcək. Türkiyə baş nazirinin birinci müavini Turqul Türkeş də oxşar məcrada danışır və ÇXR-i Ankaranın “əsas uzunmüddətli müttəfiqi” adlandırır. Türkeşin sözlərinə görə, “Çin həcmcə Türkiyənin ikinci xarici ticarət tərəfdaşı və 2016-cı ilin yekunlarına görə, Ankaranın Asiyada əsas kontragentidir”.

    Türkiyənin əsas iqtisadi tərəfdaşının Avropa Birliyi ölkələri olduğu nəzərə alınmaqlaƏrdoğan və ÇXR sədri Si Szinpinin Pekində “İpək Yolu” sammitində (bu il 14-15 mayda) danışıq aparmağa nəyisə olacaq. Bu arada “Daily Sabah” qəzeti Türkiyə ərazisində gerçəkləşdirilmiş infrastruktur layihələrindən xəbər verir: rusdilliWikipedia-nın haqqında susmağa üstünlük verdiyi Avrasiya avtomobil tuneli (Bosforun dibi ilə), həm avtomobil, həm də dəmiryol nəqliyyatı üçün nəzərdə tutulmuş sultan Səlim Yavuz körpüsü, Bakı-Tiflis-Qars layihəsi, həmçinin Qars-Ədirnə dəmiryol şaxəsi yük axınlarını birbaşa Avropa Birliyi sərhədlərinə çıxardır.

    Pekin Bakıya nəvaziş göstərir. “Azərbaycan “İpək Yolu”nun İqtisadi qurşağını yaratmağı dəstəkləyib və bu layihəyə qatılmaq üçün böyük potensiala malikdir”, – “Sinxua” ÇXR-in aprelin 28-də  Bakı Dövlət Universitetində çıxış etmiş ÇXR-in Azərbaycan səfiri Vey Szyanhuadan sitat gətirir. Və burada məsələ nəzakətdə deyil, gözümüzün qabağında biçimlənən yeni geopolitik gerçəkliklərdədir. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov BTQ Bağdad dəmiryol layihəsi ilə tutuşduraraq bu haqda açıq danışır (bu il martın 6-da Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransına ətraflı bax). Əlbəttə, tarixi analogiyalar təhlükəli, lakin ayıldan məsələdir. Xatırlamaq yetər ki, Osmanlı imperiyasının ərazisindən keçən Bağdad dəmiryolunun inşası köhnə Böyük Britaniya imperiyasının sınıq-sökükləri üzərində Böyük Almaniya qurmağa cəhd edən kayzer II Vilhelm vasitəsilə Amerika maliyyə-sənaye kapitalı tərəfindən yeridilirdi. Məsələ 1916-cı ildə Ərəb üsyanı və Osmanlı torpaqlarının müasir Türkiyənin sərhədlərinə qədər sıxılması ilə başa çatdı. Rəcəb Ərdoğan aprelin 16-da referendumda sultanlığın dirçəldilməsinə yol açan inamsız qələbə çaldı.

    Pekin rahat nəfəs aldı: dəmiryol layihələrinə yatırımlar hələlik qorunmaqdadır. Honkonqun “South China Morning Post” nəşri İstanbul və Sianı (Şensi əyaləti) “İpək Yolu”nun iki dayaq nöqtəsi kimi göstərərək yazır: “Genişləndirilmiş səlahiyyətlər nəsib olmuş prezident ölkənin daxili siyasəti üzərində nəzarəti saxlaya bilsə, Pekinin Türkiyəyə uzunmüddətli yatırımları gəlirli olacaq”.

    Çin nəşrinin icmalçısı Far Kim Benq sonra Ərdoğana mədhiyyəyə girişir: “2002-2016-cı illər dövründə Rəcəb Tayib Ərdoğanın – əvvəlcə baş nazir, sonra isə prezidentin rəhbərliyi altında Türkiyə Yaxın Şərq, Avropa və hətta Şimali Afrikanın sabitliyinə zəmanət verən əsas ölkə olub”.

    Maraqlıdır, elə deyilmi? Diqqətçəkəndir ki, Türkiyə iqtisadiyyat naziri Nihad Zeybəkçireferenduma iki həftə qalmış Böyük Britaniyaya (o, AB tərkibindən çıxdıqdan sonra) azad ticarət zonası haqda saziş bağlamağı təklif edib. Pekinin təsiri burada da sətirlərin arasından oxunur.

    Hətta Çin amili Azərbaycanın Cibuti ilə dialoqunu da asanlaşdırır – Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Humedin mayın 3-də Bakıya baş tutmuş səfəri bundan xəbər verir. Xatırlatmağına dəyərmi ki, səfər mayın 1-də start götürmüş beşgünlük Türkiyə-Azərbaycan təlimlərinin fonunda baş verib?

    Yəni dəniz və quru “İpək Yolu” zərfdə təqdim olunur ki, bu da öz əksini İsrailin İranı Suriyadan “sıxışdırmaq” üzrə təşəbbüsündə davamını tapır. Bu mənada ABŞ prezidenti Donald Trampın Suriyada “təhlükəsizlik zonaları” üzrə təklifi təkcə Pentaqonun antiiran strategiyasının tərkib hissəsi deyil, həm də Amerika elitasının “İpək Yolu” cənub nəqliyyat dəhlizinin Türkiyədən keçməsinə istinadıdır ki, bu da Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üzrə başlanğıcını iki çeçen kampaniyasından (1994-1996, 1999-2009-cu illərdə) götürmüş uzunmüddətli Britaniya  strategiyasına cavab verir. O zaman Şimali Qafqazdakı münaqişə Azərbaycan prezidenti Heydər Əliyevə (Amerika-Britaniya konsorsiumunun marağında) təbii qazın Orta Asiya ölkələrindən Qərbi Avropaya tranzitinə lobbiləşdirmə üçün vaxt udmaq imkanı verdi.

    Yuxarıda göstərilən tendensiyalar nəzərə alınmaqla Rusiya və Türkiyənin müttfəqilik münasibətləri uydurmadır, çünki Ankara London, Pekin və Vaşinqtonun ötürməsi ilə (“Fərat qalxanı” əməlıiyyatının gedişində) Suriya ərazisindən keçən nəqliyyat dəhlizini planlı şəkildə məhv edir, bununla da Rusiya HKQ-nin Latakiya və Tartusdakı mövqelərini devalvasiya edir. NATO bonus qismində Türkiyəyə Cənubi Qafqazda manevrlər üçün imkanlar yaradır ki, bu da Rusiyanın milli təhlükəsizlik maraqları ilə heç cür bir araya sığışmır. Vəziyyəti hələ düzəltmək olar. Başlanğıc üçün Amerika-Britaniya müstəmləkəçilərinin Suriyanın “təhlükəsizlik zonaları”na bölünməsi kimi biabırçı planı açıq şəkildə rədd etmək lazımdır. Əks halda simamızı itirəcəyik.

    Tərcümə Strateq.az-ındır.