Gürcüstanda bütün islahatlar dayanıb: ölkə İvanişvilinin arxa həyətinə dönüb – TƏHLİL

    6

    Natiya Koberidze

    Апостроф (Ukrayna), 22.04.2017

    Gürcüstan Rusiyanın “Qazprom” konsernindən təbii qaz almağı tamamilə dayandıracq. Bu barədə Gürcüstan energetika naziri Kaxa Kaladze məlumat verib. Gürcüstan apreldən başlayaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Şahdəniz qaz kondensatı yatağının işlənməsini həyata keçirən konsorsiumun tədarük etdiyi Azərbaycan qazı ilə təchizata keçəcək. Yekunda Rusiya qazının idxaldakı ümumi payı 4% təşkil edəcək. Həmçinin BVF-nun Gürcüstana yeni tranş təqdim etmək haqda müsbət qərarı məlum olub. Bu hadisələrin Gürcüstanda hər hansı demokratik tərpənişdən xəbər verib-vermədiyi haqda “Апостроф”a International Press Institute-un direktoru Natiya Koberidze danışır.

    Gürcüstan 2006-cı ildən Rusiya qazından tam imtina edib və o vaxtdan bəri xoşbəxt, heç bir gərginliksiz və müdaxiləsiz yaşayır. Və Gürcüstanda “Qazprom”un qazı heç vaxt olmayıb. Rusiya isteblişmentinə Gürcüstanın çox təkidlə Qərbə sarı getdiyi və Rusiya siyasətini qane etməyən siyasi addımlar atdığı aydın olan kimi hər dəfə qaz məsələsindən Rusiya dövlətinə xas olduğu kimi RF maraqlarında istifadə olunub. Deməli, onlar iki dəfə qaz kəmərini partladıblar. Gürcüstanda çox nadir hallarda şaxtalı qış olur. Amma məhz bu cür qışlarda Rusiya ilə sərhəddə qaz kəmərləri qəflətən partladılıb. Prinsipcə aydın idi ki, bu, siyasi qisasçılıq idi. Bu,  2005-ci ildə son dəfə baş verib. Rusiyadan elektrik enerjisi verən Mərkəzi ötürücü elektrik xəttini də məhz o zaman partladıblar.

    Qazı tezliklə əvəz etmək çətin idi. Lakin Rusiya siyasi maraqlarından ziyan çəkmiş başqa dövlətlərin təcrübəsi ilə tutuşdurulsa, bizdə artıq bir həftədən sonra başqa qaz var idi. Gürcüstan hökuməti Azərbaycanla tədarük haqda sazişə gəlıə bildi. Rusiya isə Gürcüstann siyasətinə təsir üçün ciddi alətdən məhrum oldu.

    Əksinə, Gürcüstan sonradan Rusiyaya elektrik enerjisi satmağa başladı. Bu, Gürcüstanın energetik planda müstəqil olmağına şərait yaradan iqtisadi islahatlar nəticəsində mümkün oldu.

    2012-ci ildən başlayaraq Gürücstanda hakimiyyət dəyişildi, başqa bir siyasi qüvvə – Rusiya milyarderi Bidzina İvanişvilinin rəhbərliyi ilə “Gürcü arzusu” gəldi. O özünü formal olaraq Qərbyönlü kimi bəyan etdi, lakin sonrakı fəaliyyətində Rusiya ilə ümumi dil tapmaq ideyası gözə dəydi. Onların cəhdlərinə baxmayaraq özəl heç nə alınmadı. Bəli, Rusiya Gürcüstan mallarına bazarı açdı. Amma bu ona görə baş verdi ki, RF ÜTT üzvü oldu və bazarı gürcü mallarına açmağa borclu idi.

    Baş nazir müavini və energetika naziri Kaxa Kaladze bildirib ki, Gürcüstan qaz tədarükünü şaxələndirməlidir. Qəribədir. Və indiki iqtidar sanki Qərbyönlü və Rusiyaçalarlı santimentlərlə “Qazprom”la danışıqlara başlamaq istəyir. Lakin axı tədarükləri o vaxt şaxələndirirlər ki, qiymət qane etmir. Gürücstan isə qazı Azərbaycandan “Qazprom”unkundan iki dəfə ucuz alır. Başa düşülmür, Gürcüstan hökumətində niyə bu cür niyyət yaranıb? Əslində, onlar energetika müstəqilliyimizi baltalamaq və bu alətdən təkcə Gürcüstana qarşı deyil, həm də Şərqi Avropa ölkələri və xüsusən də Ukraynaya qarşı istifadə etmiş düşmən əhvali-ruhiyyəli dövlətə bağlanmaq istəyirlər.

    Gürcüstan hökumətinin niyə bu cür hərəkət etdiyi haqda versiyalar var idi. Birincisi, bütün Gürcüstan hökuməti oyuncaqdır, ancaq bir nəfərin –hakimiyyətdəki adamların vəzifələrini borclu olduqları İvanişvilinin qabağında sorumludur. İvanişvili çox varlıdır: sərvətinin həcmi ölkə ÜDM-in 32%-idir. Dünyada bu cür nisbət tapmaq çətindir. Bundan başqa, İvanişviliQazprom” səhmlərinin 1%-nin sahibidir. Digər tərəfdən, sadə kopllaborasionizmzlə bağlı şübhələr meydana çıxıb – hakimiyyət Rusiyaya yarınmaq istəyir. Bu danışıqların hamısı iki il olduqca qeyri-şəffaf aparılıb. Fəaliyyətdəki baş nazir bu danışıqları uzun müddət dəstəkləyib, amma nədənsə bir ay əvvəl bildirib ki, dəstəkləmir. Və burada məlum olub ki, Gürcüstan özünə ziyan vurmaqdan imtina edib. Nə qədər ki Rusiya, bax,  bu cür siyasi həyat tərzi sürüb, burada Rusiyanın heç bir qazı olmayıb və olmamalıdır. Bizim çox gözəl alternativimiz var. Sadəcə, növbəti dəfə bu tələyə düşmədik.

    Gürcüstan və BFV

    Qərb Gürcüstana münasibətdə bu cür fəal olmasaydı, Qərbyönlü yolumuzda qalmaq çox çətin olardı. Gürcüstan əvvəlki tək dedikcə yoxsul ölkədir, həmişə BVF-nin tranşlarından asılı olub. Amma Şvernadzenin korrupsiyalaşmış və çürümüş rejimi necəsə sazişə gəlməyə və nəhayətsiz şəkildə bu tranşları almağa nail olurdu. Xarici borc çoxaldı, borcları heç vaxt heç kim ödəmədi.

    Ölkə 2003-cü ildə tamamilə boş büdcə ilə “Qızılgül inqilabı”nı qarşıladı – cəmi 400 milyon dollar pul var idi. İslahatlar başlandıqdan sonra Gürcüstan beynəlxalq maliyyə institutlarından borc götürməyi davam etdir, lakin kreditləşmənin həcmi tədricən azaldı. 2008-ci ildə BVF-nin Gürcüstan ofisi gərəksizlikdən bağlandı.  2009-cu ildə kredit qabiliyyəti artdı, maliyyə institutları həvəslə pul təklif etdi. Xarici borc kəskin şəkildə azaldı, iqtisadi artım ortalama 6% idi. Amma 2013-cü ildə artım artıq 4%, sonra isə daha az oldu. Keçən il 2%-dən az idi. Ölkə BVF-dan qayıtmağı xahiş edib, çünki büdcə kəsiri, iqtisadi xaos başlanıb. Kreditin alınması Gürcüstan iqtisadiyyatının indiki durumunun çox da yaxşı göstəricisi deyil. Yaxşıdır ki, BVF-nin etibarına layiqik, ancaq bu, iqtisadiyyatımızın keçmiş göstəriciəri ilə müqayisədə geri addımdır. Sadəcə, yenə də beynəlxalq maliyyə institutlarından pul xahiş etməyə başlamışıq. Bəli, əvvəllər bizdə ətalət var idi, AB ilə Assosiasiya imzalamaq üçün hər şey hazır idi. Yanukoviç isə RF-nin bu cür basqısına duruş gətirmədi, bizdə isə hələ “Qazprom”dan asılılıq var idi. Biz ətalət üzrə vizasız rejimi hələ iki il öncə əldə etməliydik. Amma formal səbəblərdən bir az sonra əldə etdik. Qeyd edirəm, bizdə AB-yə inteqrasiya məsələsi üzrə cəmiyyətdə konsensus var idi, NATO məsələsi üzrə də var.

    Hazırda Gürcüstanda bütün islahatlar dayandırlıb. Təəssüf ki, hakimiyyətə yalnız əvvəlki hökumətin uğurlarından faydalanan adamlar gəlib. Ölkədə inkişaf proqnozu çox bədbincəsindədir. Axı hazırda Gürcüstandakı kimi demokratik quruluş dünyada heç harada yoxdur. Qeyri-formal başçılar avtoritar dövlətlərdə olur. Demokratik dünyada bu cür presedent olmayıb. Bütün ölkə İvanişvilinin qəsrinin arxa həyətinə dönüb. O, ölkəni qeyri-formal idarə edir, Gürcüstan isə irəli getməyi yadırğayıb. Biz varlanmırıq, ancaq yoxsullaşırıq. Siyasi atmosferi saxlamaqdan ötrü lazımi qədər adamı satın almağa onun yetərincə vəsaiti var. Bütün mətbuat artıq bu adama işləyir.

    Tərcümə Strateq.az-ındır.