Dünyanın diqqətlə izlədiyi İran seçkiləri: İlk teledebat gözləntiləri alt-üst etdi – TƏHLİL

    6

    Kirill Cavlax

    REGNUM İA, 30.04.2017

    İran prezidenti vəzifəsinə altı namizəd İrib TV1 milli telekanalda ilk debatda iştirak edib. Diskussiya aprelin 28-də baş tutub və 3 saata yaxın çəkib. Baş mövzu sosial məsələlər olub: əhalinin marginallaşması ilə mübarizə, işsizlik, həyat səviyyəsinin yüksəldilməsi, köhnə mənzillərdən sakinlərin köçürülməsi…

    Debatlar üç hissədən ibarət olub. Birinci hissədə namizədlərdən biri dörd dəqiqə ərzində tribunadan aparıcının suallarına cavab verib. Çıxış növbəsi və onların cavab verməli olduğu sualı püşk müəyyən edib. Sonra namizədlərə çıxış edənləri tənqid və sual üçün iki dəqiqə ayrılıb. Sonda tribunada durmuş namizədə cavab üçün beş dəqiqə verilir.

    İkinci hissədə aparıcı növbə ilə namizədlərin hərəsinə bir sual verib. Cavaba cəmi iki dəqiqə ayrılıb. Yekunda final çıxışı üçün prezident qovğasının iştirakçılarının hər birinə üç dəqiqə ayrılıb.

    Debatlardan savayı, namizədlərin seçkiqabağı təbliğata başqa kanalları da var. Siyasi proqramı vətəndaşlara çatdırmaq üçün televiziyada daha iki format nəzərdə tutulub. Birincisi – verilmiş mövzu üzrə aparıcı ilə müsahibə. İkincisi – namizəd seçicilərə öz ismarıcını oxuyarkən vətəndaşlara müraciəti.

    Radioefir də nəzərdə tutulub. Namizədlərin hamısına eyni miqdarda efir verilir.

    İlk debatlar

    Tamaşaçılar prezident kampaniyasının ilk əyani görüşünün astanasında fəaliyyətdəki prezident Həsən Ruhani və baş rəqibi – İİR-in keçmiş baş prokuroruİbrahim Rəisinin söz qovğasının intizarında idilər. Ancaq əsas namizədlərin savaşı baş tutmayıb.

    ““

    Ruhani gözləntiləri doğrultmayıb. O, ləng və ümumi ifadələrlə danışıb, çıxış üçün ona təqdim edilən vaxtdan effektli faydalanmayıb. Fəaliyyətdəki prezident hökumətin ünvanına həmlə və tənqidləri dəf edərək mövzunu zarafata adladıb. “Bu hökumət olmasaydı, dostlarımız bu gün internetdə təbliğat apara bilməzdilər”, – deyə prezident öz opponentlərini əmin edib. O, həmçinin Qalibafı yalanda və feyk(ingiliscə: quraşdırma-tərc.) məlumatlar yaymaqda ittiham edib.

    Üç namizəd – İİR-in keçmiş sənaye naziri Mustafa Haşimi-Təba, Rəisi və İranın keçmiş mədəniyyət naziri Mustafa Mirsəlim Ruhani-Cahangirinin Qalibafa qarşı diskussiyasının kölgəsində qalıb. Rəisi debatlar zamanı Mahmud Əhməinejad üslubunda populist ritorikadan yapışaraq sosial ədaləti özəl qeyd edib. Lakin iqtisadi planda hökumətin fəaliyyətdə olan siyasətinə alternativ təklif etməyib. İran analitikləri və KİV-ləri onu debatların əsas uğursuzu adlandırıb. O, xarizma sərgiləməyə nail olmayıb. İndi qarşıda sual durur: Rəisi Ruhaniyə gerçək rəqabət təşkil edə biləcəkmi? Hətta tərəfdarları da buna şübhə edirlər.

    Tehran meri Məhəmmədbaqir Qalibaf Ruhaninin 2013-cü il prezident yarışlarında verdiyi seçkiqabağı vədlərini yada salaraq öz seçki kampaniyasını hökumətin tənqidi üzərində qurub. İran paytaxtı merinin baş şüarı: “Söz hökumətindən fəaliyyət hökumətinə”.

    Qalibaf teledebatda polemikanı Ruhani ilə qarşıdurmaya qədər keçirməyə cəhd edib. Şəhər başçısı işsizlik və zəif iqtisadiyyata vurğu edərək, “4% 96 %-ə qarşı”, yəni kübarlar kasıblara qarşı formulunu irəli sürüb. Bu seçkilər Qalibaf üçün prezident postunu tutmağa son imkandır. Bu, onun üçün üçüncü prezident kampaniyasıdır, Tehranı isə 2005-ci ilin avqustundan idarə edir.

    İran siyasi analitiki Həsən Rəsulinin fikrincə, Qalibafın parlaq çıxışı mühafizəkar düşərgənin Rəisinin ilk debatlardakı gözədəyməzliyini də izah edən strategiyasına yazılır. Politoloq “Entekhab“ portalına bildirib: “Mühafizəkarlar hər iki namizədi izləyəcək. Onlar hazırda Qalibafın reytinqini şişirtmək istəyirlər ki, sonra Rəisinin xeyrinə namizədliyini geri götürməyə əmin etsinlər”.

    ““

    İshaq Cahangiri

    İran vitse-prezidenti İshaq Cahangiri hamı üçün gözlənilmədən debatların əsas ulduzu olub. KİV və analitiklər ona Ruhaninin ildırımötürəni və spoyler (ingiliscə: qüvvəni boğan qurğu-tərc.) namizəd rolunu ayırıb. Onun iştirakının əsas vəzifəsi hökumət kursunun müdafiəsi hesab olunur. Amma o, dözüm və soyuqqanlılıq sərgiləyib, cavabında hökumətin tənqidini statistik məlumatlarla inamla dəf edib.

    Cahangiri “xalq rifahı” və “bütün problemləri dərhal həll etmək” haqda sürüşkən ifadələrdən istifadə edən digər debatçılardan fərqli olaraq, iş üzrə danışıb. O, Qalibafa üzbəüz həmlə edib. Birinci vitse-prezident maraqlanıb: “Tehranda Səudiyyə Ərəbistanınn səfirliyinə hücumun təşkilatçsı olan adam hazırda kimin seçkiqabağı qərargahında çalışır?”

    Söhbət gənclərin bir neçə mühafizəkar hərəkatına rəhbərlik etmiş və Tehran merinin qərargahında işləyən Həsən Kordmixandan gedir. O, 2016-cı ilin yanvarında İranda Səudiyyə Ərəbistanınn səfirliyinə hücumun təşkilatçılarından biri idi. Kordmixan həmçinin Suriyada ezamiyyətdə olub. Məlumdur ki, onun Suriyadakı işinə İİKK “Əl-Qüds” özəl bölməsinin komandiri Qasim Süleymani şəxsən nəzarət edib.Cahangiri namizədlərin hamısından inamlı görünüb. Təsadüfi deyil ki, debatlar başa çatandan sonra sosial şəbəkələrdə tərəfdarlarının sayı kəskincəsinə çoxalıb. Xatəmi administrasiyasının rəhbəri Məhəmmədəli Abgahi, İran Dövlət Teleradiosunun aparıcısı Vahid İmani və İranın digər bir sıra jurnalistləri Cahangirini əsas namizəd kimi Twitter şəbəkəsində dəstəkləyiblər. Tvitlərin ilk seçmələrini İİKK-ə yaxın “Tasnim News“ informasiya agentliyi toplayıb. Mühafizəkar media cavabında birinci vitse-prezidentin deyil, şefi Ruhaninin namizədliyi geri götürə biləcəyi haqda ideyanı fırlatmağa başlayıb.

    Debatların yekunları

    Prezident qovğasının Ruhani və Rəisinin simasında bəyan edilmiş favoritləri gözləntiləri doğrultmayıb. İslahatçıların düşərgəsində qeyri-müəyyənlik hökm sürür. Parlamentdə “Ümid” fraksiyasının lideri və islahatçı siyasətçilərin Ali Şura sədri, Ruhaniyə qeydsiz-şərtsiz dəstək bildirmiş Məhəmmədrza Arif debatlardan sonra deyib: “Biz lap başdan demişik ki, Həsən Ruhani islahatçıların yeganə deyil, əsas namizədi olacaq”.

    O, hansısa namizədin xeyinə qəti qərar haqda suala cavabdan yayınıb. “Tasnim News“ Arifdən sutat gətirir: “Ali şura kollektiv qərar qəbul edəcək. Ancaq bundan sonra konkret soyadını çəkə bilərəm”.

    Öz növbəsində Rəisinin arxasında duran güclər onun mövqeyini möhkəmlətməyi qət ediblər. Qumda ilahiyyatçı müəllimlər Cəmiyyətinə daxil olanayətullah Məhəmməd Mehdi Fəqihi qurumun keçmiş baş prokuroru dəstəklədiyi haqda məlumat verib. Fəqihinin sözlərinə görə, qurumun aprelin 28-də keçirilmiş toplantısında üzvlərin əksəriyyəti Rəisiyə səs verib. “Tasnim News“ agentliyi ilahiyyatıçının sözlərini misal gətirir: “Bu gün səslərin çoxu İbrahim Rəisiyə verilib. Buna görə də prezident seçkilərində onun namizədliyini müdafiə edirik”.

    İran siyasi və ictimai həyatında mühüm rol oynayan daha bir qurum – “Mübarizə aparan ruhanilər cəmiyyəti” namizədlər üzrə qərarını hələlik elan etməyib. Bu iki qurumun dəstəyi namizədə seçkilərdə qələbə zəmanəti verə bilər.

    “Entekhab“ portalının keçirdiyi sorğunun nəticələrinə görə, ilk debatlarda Ruhani-Cahangiri dueti qələbə çalıb. İstifadəçilərin 84%-i onlara səs verib. Qalıibaf-Rəisi cəmi 13% toplayıb, 3%-i isə qalan namizədlər öz aralarında bölüblər. İnternet səsverməsinə 25,5 min nəfər qatılıb.

    İranın sabitsizləşdirilməsi

    Aprelin 26-da Sistan və Bəlucistan əyalətlərində İran-Pakistan sərhədində İran sərhədçilərinə hücum olub. Terrorçular on nəfəri öldürüb, birini əsir götürərək Pakistana aparıblar. İİR prezidenti Həsən Ruhani və İİR XİN Pakistan hökumətini günahkarları tapıb cəzalandırmağa çağırıb.

    Caiş əl-Ədl” terrorçu təşkilatın yaraqlıları hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər. O, 2012-ci ildə “İran xalq müqaviməti hərəkatı” (“Cundulla”) tərəfindən yaradılıb. “Cundulla” lideri Əbdülmalik Riqi 2010-cu ildə öldürülüb və terrorçu qruplaşma zəifləyib. “Caiş əl-Ədl” ilk hücumu 2013-cü ildə keçirib, yaraqlılar 14 sərhədçini öldürüb. Bir ildən sonra İranın səkkiz hərbçisi onların qurbanı olub. İsrailin “Haaretz” qəzetinin “Foreign Policy”-ə istinadən xəbər verdiyi kimi, “Cundulla” yaraqlılarını MKİ agentləri hazırlayıb.

    İİR hərbi rəhbərliyi sükutu qoruyur. İİKK Quru qoşunları komandanı Məhəmməd Əmin deyib ki, banditlərin Sistan və Bəlucistan dağlarındakı sığınacaqlarından İranın hüquq-mühafizə qüvvələrinin mövqeyinə hücum etdiyi dövrlər başa çatıb. Press TVgeneralın sözlərini misal gətirir: “Bu gün terrorçular Pakistandakı yuvalarına çəkilib və oradan İrana hücum edirlər. Banditlərin ərazimizdə fəaliyyət göstərməyə daha şansı yoxdur”.

    Pakpur qeyd edib ki, Səudiyyə Ərəbistanı, BƏƏ və “terrorizmin xaç atası” ABŞ durumu sabitsizləşdirmək üçün əks-inqilabi gücləri İrana qaytarmağa çalışır. İİR Hüquq Qaydalarının Təmini Qüvvələrinin (NAJA) rəisi Hüseyn Əştari “Defa Press“-ə müsahibədə vurğulayıb: “İranın düşmənləri bilməlidir ki, terrorçuların fəaliyyəti cavabsız qalmayacaq”.

    ““

    İran müdafiə naziri Hüseyn Dehqan bildirib ki, ABŞ İran seçkilərinə təsir etmək ümidilə yaşayır. Nazir RT-nin ərəb redaksiyasına bildirib: “Amerikalılar İİR-də prezident seçkilərinə təsir etmək bacarığında olduqlarını düşünürlərsə, onda dərindən yanılırlar. İranlılar müdrik xalqdır. Biz düşmənlərimizi tanıyır və onların tələblərinə xilaf hərəkət edirik”.

    Dehqanın sözlərinə görə, ABŞ və Böyük Britaniya bir siyasi qrupu digərinə qarşı dəstəkləmək üçün KİV-dən istifadə edir. Burada Qərbin irandilli BBC, VOA, DW və “Azadlıq radiosu” nəzərdə tutulur. Millətlərarası mövzu xarici oyunçular tərəfindən islam respublikasındakı daxili durumu gərginləşdirmək üçün istifadə olunacaq. Ən yaxın vaxtlarda İranın kürd rayonlarında vəziyyətin kəskinləşməsi mümkündür.

    İranda seçkilər və “rus izi”

    Tatarıstan başçısı Rüstəm Minnixanovun İrana ikigünlük səfəri yeni boya qazanıb. Rusiya bölgəsinin başçısı xarici səfərin gedişində İshaq Cahangiri daxil olmaqla İran hökumətinin üzvləri ilə görüşlər keçirib. Minnixanov həmçinin Məşhədi ziyarət edib, Xorasan-Rzai əyalətinin qubernatoru Əlirza Rəşidiyan və “Astan Qüds Rəzəvi” böyük islam fondunun direktoru, prezidentliyə namizəd İbrahim Rəisi ilə görüşüb. Rüstəm Minnixanov xülasə edib: “Bölgə rəhbərliyi ilə bir sıra konstruktiv görüşlər keçirdik, sonrakı səmərəli qarşılıqlı fəlaiyyət üçün addımlar nəzərdə tutduq. Tatarıstan və Xorasan-Rzavinin işgüzar dairələrinin iştirakı ilə biznes-forum baş tutdu. Bundan başqa, Məşhədin təhsil və mədəniyyət müəssisələrinə baş çəkdik. Qubernator Əlirza Rəşidiyana tədbirlərin təşkilinə görə minnətdaram”.

    ““

    Rəşidiyanın sözlərinə görə, görüşdə söhbət yatırım və təhsil sahəsində ikitərəfli əməkdaşlıq məsələlərindən gedib. Tatarıstan lideri imam Rzanın məqbərəsini – İrandakı turizim və ziyarətgah mərkəzini ziyarət edib.

    Antirusiya dalğasını prezident Xatəminin keçmiş mətbuat katibi (1997-2005) Abdulla Ramazanzadə göydə tutub. O, Rəisinin Minnixanovla görüşünü “təcrübəsizlik və qeyri-effektivliyin” təzahürü kimi qiymərləndirib. “Raja News“ Ramazanzadənin sözlərini sitat gətirir: “Biz ABŞ-da prezident seçkilərini yada salmalı və İrana rus təsirinə yol verməməliyik. Təəssüf ki, İranın əksər KİV-ləri dünya proseslərini işıqlandırmaqda rus informasiya qaynaqlarından istifadə edir. Bəzi informasiya resursları isə Rusiya hərbçilərinin analitikasını dərc edir. Məgər son zamanlar İranın kəşfiyyat qurumlarından rus casuslarının tutulduğunu eşitmişikmi? Doğrudanmı, İranda rus kəşfiyyatçları yoxdur və ölkəmiz haqda məlumat toplamırlar?”

    İran juranlistləri 1997-ci il seçkiləri dövründə baş vermiş hadisəni xatırladıblar. O vaxt prezident postu uğrunda islahatçı Məhəmməd Xatəmi və mühafizəkarƏliəkbər Natiq Nuri mübarizə aparırdılar. Mühafizəkar namizədin təmsilçisi, hazırda İranda insan haqları üzrə Şuraya başçılıq edən Məhəmməd Cavad Laricani İİR XİN nümayəndə heyətinin tərkibində Londona yollandı. O, Böyük Britaniyada bu ölkənin XİN Yaxın Şərq məsələləri üzrə baş direktoru Nik Braunla görüşdü. KİV-lərin məlumatına görə, Laricani Böyük Britaniyada Natiq Nurinin namizədliyinə dəstək arayıb. Bu görüş Natiq Nuriyə nüfuz zərbəsi vurdu, KİV-lər isə insidenti İran maraqlarına satqınlıq kimi göstərdi. Nəticədə Natiq Nurinin 7,2 milyon səsinə qarşı Xatəmiyə 20 milyon seçici səs verdi.

    Maraqlıdır, müxalif bloq mühiti və KİV-lər Minnixanovu necə təsəvvür edir? Onu Tatarıstanın başçısı əvəzinə, Rusiya prezidenti Vladimir Putinin özəl təmsilçisikimi qələmə verirlər. Həmədan aviabazası ilə bağlı qalmaqalın timsalında bizə məlumdur ki, iranlılar onların daxili işlərinə qarışmağa necə reaksiya verirlər. Rus təsiri ilə bağlı ideya hələlik geniş informasiya dəstəyi almayıb. Lakin Rəisinin qələbəsi və Tehran-Moskva münasibətlərində cüzi gərginlik halında bu əhvalatı müxtəlif yönlərə dartışdıra bilərlər.

    Tərcümə Strateq.az-ındır.