İsrail hərbi kəşfiyyatının “sözçüsü”: Astana memorandumu sayəsində İran birbaşa İsrail sərhədinə çıxdı – TƏHLİL

    6

    Debka.com (İsrail)

    İki prezident – Donald Tramp və Vladimir Putin arasında son telefon danışığı barədə xəbər Yerusəlimə çatdıqda, İsrail ciddi narahat oldu. Bu söhbətdə Tramp özünün “təhlükəsiz zonalar“ təklifi əvəzinə, Suriyada “hərbisizləşdirilən zonalar“ yaradılmasına dair Putinin planını nəzərdən keçirməyi qəbul etdi. 

    Rusiya prezidentinin planına Suriya-İsrail sərhədində yerləşən zonada monitorinq keçirilməsi üçün İran zabitlərin yerləşdirilməsi daxildir.

    Prezident Tramp söhbəti “çox yaxşı“ deyə səciyyələndirib.

    Təklif olunan dörd “hərbisizləşdirilən zona“ bu ünvanlarda yerləşəcək:

    1. İdlib şimal-qərb vilayətindən Türkiyə sərhədinə qədər;

    2. (keçən ay ABŞ “Tomahawks“larının zərbə endirdiyi Əl-Şəriət hava bazası yerləşdiyi) Hums mərkəzi vilayəti;

    3. (böyük hərbi aerodrom da daxil olmaqla) Şamın Şərq Ğutadakı ətrafı;

    4. Suriyanın İordaniya sərhədləri boyunca cənub bölgəsi.

    Rusiya prezidenti izah etdi ki, “zamin ölkələr“,  yəni Rusiya, Türkiyə və İran hərbisizləşdirilən zonalar üçün monitorlar-nəzarətçilər təyin edəcək.

    “DEBKAfile“-ın hərbi və kəşfiyyat mənbələri İranın fəal iştirakına baxmayaraq, prezident Trampın Putinin planına dəstək verməsi İsraildə dərin narahatlıq yaradıb. O hətta Astanada Suriya hökuməti və müxalifət arasında Suriya sülh danışıqlarının dördüncü turuna ilk dəfə ABŞ rəsmisini göndərməyə belə hazır idi. Baxmayaraq ki, bu proses Rusiya, Türkiyə və İran tərəfindən birgə maliyyələşdirilir.

    Dövlət katibinin köməkçisi Styuart Cons müşahidəçi kimi Qazaxıstanın paytaxtı keçirilən iclasda iştirak etməyə göndərildi,  bununla da astanada səfiri səviyyəsində təmsilçilik qaldırıldı.

    Bu, bir sıra səbəblərə görə İsrailin narazılığını doğurdu:

    a) yeni zonalara təhkim edilmiş İran müşahidəçiləri düz İsrail sərhədi qarşısında olacaq. Vaşinqton və Moskvaya isə İsrail hökumətinin onun sərhədində İran hərbçilərinin varlığına dəstək verməyəcəyinin səbəbini anlamaq gücündə olmadı.

    b) İsrail, həmçinin Suriya ilə sərhədində Rusiya və Türkiyə ofislərinin mümkün yerləşdirilməsinə də inamsız yanaşır.

    c) Dəməşqin şərq hissəsinin qorunan zona elan edilməsi Suriya vasitəsilə İranın “Hizbullah“ üçün nəzərdə tutulan müasir silah hava daşımalarının saxlanılması əleyhinə İsrailin hava əməliyyatları mane olardı. İranın tam mühafizəsi altında bu daşımalar yenidən bərpa oluna bilər.

    ç) Fələstin lideri Mahmud Abbas çərşənbə günü Ağ Evdə təşrif gətirməsinə qədər milli təhlükəsizlik müşaviri H.R. MakMasterin prezident Trampın xarici siyasətdə yanaşmalarına dair bəyanatları da İsraildə bəzi narahatlıqlar doğurmuşdu.

    “Prezident ifrat səbirli adam deyil“, – MakMaster dedi. – Onun doktrinanı müzakirə etməyə vaxtı yoxdur. Bunun əvəzinə, o, əsl biznesmen kimi nəticə yönümlü yanaşma ilə keçmiş siyasətinə etiraz etməyə çalışır“.

    Bəla ondadır ki, Suriya münaqişəsi və İsrailin təhlükəsizliyi kimi Yaxın Şərq məsələləri səbr tələb edir və həm də nəticə əldə etməyə tələsən bir biznesmenin yanaşmasından daha çox. Çünki əks halda, İranın hərbi mövcudluğu kimi – İsraillə sərhədə çox yaxın və onun üçün təhlükəlidir – potensial fəlakətli nəticələrə gətirib çıxara bilər. 

    Tərcümə: Strateq.az