“Hökumət QHT-lərə münasibətdə səmimi deyil” – Samir ƏLİYEV

    6

    Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev “feysbuk” səhifəsində yazıb: “Onların düşüncəsinə görə, QHT-nin işi ağac əkməkdir, əlillərə yardım etməkdir, hökumətin dediyini təkrarlamaqdır və s. Belə düşüncəyə görə də başqa işi görənlərə düşmən damğası vurulur. Cənab Əhmədov indi də deyir ki, bəzi hallarda QHT-lər “pul verin, fəaliyyət göstərək” prinsipi ilə çıxış edirlər. Belə çıxır ki, QHT-də çalışanlar hava ilə qidalanır və ya onlar məmurlar kimi ayda dövlətdən maaş alır”.

    “Beloruslar bizə beynəlxalq tədbirlərdə təskinlik verir”

    “Çəkinmədən deyə bilərəm ki, Azərbaycanın QHT-ləri keçmiş SSRİ ölkələrində yalnız Rusiyadan geri qalır. İndi parlayan gürcülər də vaxtilə bizimlə rəqabət apara bilmirdi. Beynəlxalq aləmdə öz sözü olan peşəkarlar var idi. İndi onlardan əsər-əlamət qalmayıb. Hətta beloruslar bizə beynəlxalq tədbirlərdə təskinlik verir” – deyib iqtisadçı.

    “Hökumətin yüz milyonlara gördüyü işi QHT-lər yüz minlərə görür”

    Əliyev qeyd edib ki, vətəndaş cəmiyyətinin əsas rolu ölkədə alternativ fikrin ortaya qoyulması, radikallaşmanın yaranmaması, cəmiyyətdə aktivliyin artması, hökumətdən hesabatlılığın tələb edilməsi olub: “Mən hələ indi təbliğ olunan pambıqdan çox valyuta gətirməklərini demirəm. İçində şəffaf işləməyənlər də var idi, ictimai təsərrüfatı ailə təsərrüfatına çevirənlər də. Amma bu bütün QHT sektorunu məhv etməyə əsas vermir. Bir də ki QHT-lər dövlət qurumlarını nəyə inandırmalıdır? Deməlidir ki, icazə ver, səndən hesabatlılıq tələb edim? Yoxsa dövlətin pulunu necə səmərəsiz xərclədiyini ictimaiyyətə açıqlayım? Hər bir halda, hökumət QHT-lərə münasibətdə səmimi deyil. Çünki açıqca görünür ki, onların yüz milyonlara gördüyü işi QHT-lər yüz minlərə görür”.

    Şamo, Hurriyyet.org