Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

    6

    Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 250 min ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100856S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

    MBNP-nin mətbuat xidmətindən Hurriyyet.org-a bildiriblər ki, sözügedən notların tədavül müddəti 28 gündür.

    Qeyd edək ki, palata tərəfindən, həmçinin aprelin 24-də Mərkəzi Bankın tədavül müddəti 28 gün və hər birinin nominal dəyəri 100 manat olan 250 min ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100756S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

    Hurriyyet.org