İsveçdə böyük şiə məscidinə od vuruldu

    6

    Virtualaz.org-un məlumatına görə, polisin nümayəndəsi Lars Bistrem bildirib ki, hadisə ilə bağlı məlumat bazar günü axşam saat 23.16-da daxil olub. O, məscidin çöl tərəfdən yandırıldığını ehtimal edir.

    Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

    O da vurğulanır ki, məscidin binasında üç mindən çox kitabın olduğu kitabxana var. Məscidin nümayəndəsi Aki Zahirinin sözlərinə görə, həmin kitabların 30-35 faizi korlanıb.

    Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.