Səudiyyə Ərəbistanı BMT-nin qadın hüquqları komissiyasına üzv seçildi – ŞOK SƏBƏB

    6

    “UN Watch”-un rəhbəri bu qərarı “qoyunun qurda tapşırılması”na bənzədib

    Səudiyyə Ərəbistanı BMT-nin qadın hüquqları komissiyasına üzv seçilib. Hurriyyet.org bildirir ki, ultra-mühafizəkar İslam krallığı olan bu ölkə gender ayrı-seçkiliyi ilə seçilir.

    Qatı şəriət qanunları ilə idarə olunan bu ölkədə hər bir Səudiyyəli qadının adından onun yerinə qərar verən bir kişi olmalıdır. Bu, qadının doğulduğu andan öldüyü günə qədər belədir. Eyni zamanda Səudiyyə Ərəbistanında qadınların maşın sürməsi qadağandır. Bu ölkədə qadınların seçmək hüququ 2011-ci ildə əldə edilib. 2015-ci ildə isə ilk dəfə qadınlar namizəd kimi bələdiyyə seçkilərində iştirak edə biliblər.
    BMT Votç (UN Watch) qrupunun direktoru Hillel Nyuer bildirib ki, qadınların hüquqlarını müdafiə etmək üçün Səudiyyə Ərəbistanının seçilməsi “qoyunu qurda tapşırmağa bənzəyir, bu, absurd bir şeydir”.

    Nyuer bildirib ki, Avropa İttifaqının ən azı 5 ölkəsi gizli səsvermədə krallığın lehinə səs verib. Səsvermənin nəticəsini böyük sevinclə elan edən Yeni Zelandiyanın baş naziri və BMT İnkişaf proqramının keçmiş administratoru Helen Klark bu barədə yönələn suallara tvitter hesabından cavab verib: “Qadınlar haqqında dəyişiklik etmək istəyən ölkəyə dəstək vermək lazımdır. Dəyişikliklər gedir, lakin yavaş gedir”.

    Mart ayında Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar şurası keçirilib, lakin şura üzvlərindən bir nəfər belə olsun qadın olmayıb. 13 üzvün hamısı kişilər olub. Təşkilatçılar qadınların da iştirak etdiyini vurğulasalar da, bildiriblər ki, onlar ayrı otaqda əyləşiblər.

    Dünya İqtisadiyyat Forumunun 2015-ci ildə açıqlardığı qlobal gender haqqında reytinq cədvəlinə görə Səudiyyə Ərəbistanı gender bərabərliyinə görə 145 ölkə arasında 134-cü yeri tutub. Bu, dünyanın yeganə ölkəsidir ki, qadınlara maşın sürmək və srücülük vəsiqəsi almaq qadağandır.

    Səudiyyə Ərəbistanı İngiltərənin ən çox silah satdığı ölkədir və eyni zamanda BMT-nin İnsan Hüquqları Şurasına üzvdür.

    İddialara görə, BMT-nin bütün dünyanı təəccübləndirən bu qərarının arxasında hazırda yaşadığı maliyyə sıxıntısı dayanır. Dünyada baş verən iqtisadi böhran və eyni zamanda Trampın hakimiyyətə gəlməsi ilə BMT-nin ciddi sıxıntısı yarandı. Tramp ABŞ büdcəsini əsasən hərbi xərclərə ayıracağını, qalan sahələrə nəzərdə tutulan vəsaitləri kəsəcəyini bildirmişdi. Məlumdur ki, BMT-nin xərclərinin əsas hissəsini ABŞ qarşılayır./musavat.com/