Diana Hacıyeva “Eurovision“ səhnəsində ilk məşqini keçib – VİDEO

    3

    “Report“ “Eurovision“ müsabiqəsinin saytına istinadən xəbər verir ki, müğənni məşqin ardından təşkil edilən mətbuat konfransında mahnısının yaramaz oğlana qarşı hissləri olan güclü qadın haqqında olduğunu bildirib.

    D.Hacıyeva, həmçinin vurğulayıb ki, səhnədə üzərində onun daxili dünyasını əks etdirən müxtəlif sözlərin yazıldığı instalyasiya fonunda çıxış edəcək.

    DiHaj növbəti məşqini mayın 4-də keçirəcək.

    Qeyd edək ki, bu il “Eurovision“ müsabiqəsi 9, 11 və 12 may tarixlərində Kiyevdə keçiriləcək. Yarışda Azərbaycanı “Skeletons“ (Skeletlər) mahnısı ilə təmsil edəcək D.Hacıyeva ilk yarımfinalda 8-ci çıxış edəcək.