Pərvin Abıyeva: “Yalnız o təklif gələrsə, ölkəni tərk edərəm”

    6

    Musavat.com saytının suallarına cavab verən aktrisa obrazını sevərək canlandırdığını deyib: “Varlı ailənin qızıyam. Ağıllı, savadlı, gözəl xanımam. Rolumu çox bəyəndim. Peşəkar komanda ilə işləmək insana zövq verir. Filmdən gözləntim böyükdür. Filmin ssenarisi maraqlıdır, peşəkar komanda ilə birlikdə çalışırıq. Maraqlı zarafatlarla dolu bir ekran işidir. Komik cümlələrim olsa da, tam komik obraz canlandırmıram. Bu filmlə Azərbaycandan kənara çıxacağam. Mənim üçün bir şansdır.

    – Bəzi aktyor və aktrisalar Türkiyədən gələn təklifləri sırf qardaş ölkədə tanınmaq üçün qəbul edirlər. Onlar üçün ssenarinin, çəkiliş heyətinin necəliyi önəmli olmur.

    – Mən hər detala fikir verirəm. İstəyir, Türkiyə deyil, Hollivud olsun, əməyimin qarşılığını görməyəcəyim işə imza atmaram. Gərək alacağım qonorar da məni qane etsin. “Yanlış anlama” filminə də istədiyim qonorarı verdikləri üçün çəkilirəm. Azərbaycandan kənara çıxmaq üçün gələn təklifləri qəbul edənləri də qınamayın. İnsan ölkəsində tanınandan sonra fərqli auditoriya qarşısına çıxmaq istəyir. Mənim isə Türkiyədə dostlarım çoxdur, sırf tanınmaq üçün oradan gələn təklifi qəbul etmərəm. İstədiyim vaxt Türkiyədə filmə çəkilə bilərəm. Sadəcə, Azərbaycandakı həyat tərzim buna imkan vermir.

    – Bu imkansızlıq şəxsi həyatla bağlıdır?

    – Tək şəxsi həyatımla bağlı deyil, ailəm və dostlarım da var burada. Azərbaycan qoyub gedə bilməyəcəyim şeylər var. Məsələn: Türkiyədə seriala çəkilmək üçün 3 il orada yaşamalıyam. Bu da mənə əl vermir. Bir dəfəlik getmək fikrim yoxdur. Yalnız imtina edə bilməyəcəyim təklif olarsa, işlərimi yoluna qoyub, ölkədən gedərəm.

    – Bəs yeni film təklifləri varmı?
    – Türkiyədən hələ yoxdur. Türk rejissor ilə işbirliyimiz iyunda olacaq. Çəkilişlər Bakıda baş tutacaq. Azərbaycanda isə işbirliyi təklifi çoxdur. Seçim etmişəm, amma tam olaraq nə olduğunu açıqlamayacağam. Deyə bilərəm ki, avqustun sonuna kimi çəkilişlərim var. Tamaşaçılar məni maraqlı obrazlarda görəcək.

    ““
    ““
    ““
    ““
    ““