N.Nazarbayev soydaşımızı özünə müavin təyin edib

    3

    Bu barədə sessiyadakı çıxışında məlumat verən Qazaxıstan prezidenti bildirib ki, “bütün qazaxlar və Assambleya onları tanıyır. Etirazınız yoxdursa, mən onların Qazaxıstan Xalqı Assambleyası sədrini müavinləri təyin edilməsi haqda sərəncam imzalayım”.

    Qazaxıstan Respublikası Prezidenti yanında məsləhətçi qurum olan Qazaxıstan Xalqı Assambleyasının vəzifəsi dövlətin milli siyasətinin işlənməsi və həyata keçirilməsinə dəstək göstərməkdir. Assamleyanın sədri ölkə Prezidenti Nursultan Nazarbayevdir. 

    Xatırladaq ki, Qazaxıstan Xalqı Assambleyasının yeni sədr müavini, soydaşımız Əbilfas Xamedov Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

    Hurriyyet.org