SURİYADA YÜZLƏRLƏ PUTİN VAR

    6

    Hurriyyet.org xəbər verir ki, Suriyanın Moskvadakı səfiri Riyad Haddad suriyalı ailələrin təşəkkür əlaməti olaraq övladlarına Rusiya prezidenti Vladimir Putinin adını verdiklərini söyləyib. Haddad, Əsədin övladları da daxil olmaqla, bir çox suriyalı gəncin rus dilini öyrəndiklərini bildirib.

    “Rusiya Todey” mətbiat orqanının yaydığı xəbərə gösə, Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasına müraciətlə danışan Haddad deyib: “Moskva səfirliyinin səyləri sayəsində və prezident Əsədin icazəsi ilə rus dili Suriya təhsil müəssisələrində öyrədilən ikinci dilə çevrilib. Ölkədəki bütün universitetlərdə rus dili fakültələri açıldı, uşaqlara yeddinci sinifdən etibarən rus dili öyrədilir.

    Rus dili dövlət nəzarətindəki təhsil müəssisələrində  2014-ci ildən tədris edilməyə başlayıb və həmin ildən bəri üstün tutulmaqdadır“.

    Suriyada vətəndaş müharibəsi başlanandan bəri, Moskvada səfir olan Haddad deyib: “Ölkədə rus dilini ikinci dilə çevirmək Suriyanın rus xalqına jestidir. Bir çox ailələr uşaqlarına Putin adını verirlər. Prezidentin uşaqlarının da rus dilində öyrəndiyi sirr deyil”.

    Rusiya sön dövrdə Suriya hakimiyyətinə dəstəyini artırıb. Lakin Moskvanın Dəməşqlə münasibətləri keçmişdən, Sovet İttifaqı dövründən başlanır.  Haddad da daxil olmaqla Suriya iqtidarında işləyən əksər vəzifəli şəxslər Rusiyada təhsil alıblar.

    Hurriyyet.org