Xurma pəhrizi ilə bir həftədə 5 kq arıqlamaq olar?

    6

    Hurriyyet.org xəbər verir ki, sağlam şəkildə artıq çəkidən azad olmaq üçün xurma pərhizi adlanan pəhriz növünü nəzərinizə çatdırırıq. Bu pəhrizə ilin bütün fəsillərində riayət eləmək olar.

    Xurma lifli bir qidadır və vitaminlərlə zəngindir.

    Hər hansı bir pəhrizə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

    Xurma şəkərli qidadır və diabet və ya şəkərə qarşı həssas olan şəxslərə məsləhət görülmür. Bir ədəd orta ölçülü xurmada 42 kalori olur. Bu pəhrizdə gün ərzində 21 xurma qəbul edilməsi nəzərdə tutulduğundan gündəlik təqribən 900 kalori alınmış olur.

    Xurma pəhrizi

    Sağlam şəkildə arıqlamaq üçün xurma-yoğurt pəhrizi belədir (adətən, bizdə yoğurtu qatıqla əvəzləyirlər): hər yeməkdə 7 xurma və 1 kasa yoğurt olmaqla, gündə 21 xurma və 3 kasa yoğurt qəbul edilə bilər. Pəhriz müddəti bir həftəyə qədərdir.

    Xurmalar keyfiyyətli və təmiz olmalıdır. Yeyəcəyiniz xurmaları bir gün əvvəldən bıçaqla ikiyə bölərək suda saxlasanız təsiri daha da artmış olacaq. Bu sayədə tox saxlama xüsusiyyəti bir neçə dəfə artmış olur. Xurmada və yoğurtda  gündəlik ehtiyac hiss edilən vitamin və mineralların əksəriyyəti vardır. Xurma pəhrizi ilə bir həftədə (orqanizmdən asılı olaraq) 5-7 kiloqram arıqlamağın mümkün olduğu deyilir. İstənilən pərhizlər kimi, xurma pərhizində də bol-bol su içilməlidir – orqanizmi “yumaq” lazımdır.

    Bəzən sadəcə su ilə xurma da qəbul eləmək olar.

    Arıqlmaq üçün pəhriz saxlayarkən, şəkər, rafinə edilmiş un məhsulları, ağ çörək, duz, yarımdabrikat ət məhsulları kimi qidalardan tamamilə uzaq durmaq lazımdır. Kəpəkli undan az miqdarda istifadə eləmək olar, taxıl məhsullarını paxlalılarla – noxud, mərcimək, lobya və s. ilə əvəzləmək yaxşıdır. Göy-göyərti, təbii pomidor, balıq, mal və toyuq əti, qatıq kimi qidalardan istifadə eləmək lazımdır. Qoz-fındıq kimi quru meyvələr faydalıdır. İdmanla məşğul ola bilmirsinizsə, açıq havada gəzin, ev işlərini daha həvəslə görün, canfəşanlıq edin.

    Xurmaya qarşı allergiyası olanlar, sağlamlığında problemi olanlar, şəkər xəstələri və övlad gözləyən analar bu pəhrizi tutmamalıdırlar. Xurmanın şəkəri yüksək olduğundan artıq yeyiləndə əks-effekt verə, yəni kökəldə bilər.

    Hurriyyet.org