Putin Suriyadakı atəşkəs bölgəsinə nəzarəti Türkiyəyə verir, ABŞ qırıcılarını səmadan qovur

    3

    Hurriyyet.org xəbər verir ki, Rusiyanın Astanadakı təmsilçisi Lavrentiyev Suriyada elan edilən təklükəsiz bölgələrdə Amerika qırıcılarının uçmayacağını bildirib.

    İngiltərədə dərc edilən “Tayms” qəzeti Astandada ələ edilən razılaşmaya görə Türkiyə ordusunun təhlükəsizliyini təmin eləmək və “Əl Qaidə”yə bağlı qrupların qarşısını almaq üçün İdlibdə patrul xidməti göstərəcəyini yazıb. Xəbərdə Rusiyanın dörd bölgəyə daha çox qarovulçu hərbçi göndərməyə hazır olduğu da deyilir.

    Rusiya, Türkiyə və İranın dünən Qazaxıstanın paytaxtı Astanada imzaladıqlar, Suriyada təhlükəsiz regionlar  barədə müqavilənin detalları barədə məlumatlar dünya mətbuatında dərc edilir.

    Rusiyanın Astanadakı nümayəndəsi Aleksandr Lavrentiyev, təhlükəsiz bölgələrin ABŞ-ın hərbi təyyarələrinin uçuşuna balanacağını bildirib. Lavrentiyevin açıqlamasını “Röyters” agentliyi dünyaya yayıb.

    Putin Ərdoğanla görüşündə bəyan etdi

    Soçidə prezident R.T.Ərdoğanı qəbul edən Rusiya prezidenti Vladimir Putin dörd məntəqədə silahların tamamilə susması ilə uçuşun qadağan edildiyi bölgələrin yaradılacağını bildirmişdi.

    Türk əsgəri İdlibdə hərbi keşikdə olacaq

    “Tayms”ın Yaxın Şərq müxbiri Riçard Spenserin müəllifi olduğu xəbərdə türk hərbçilərin İdlibə irəliləyə biləcəkləri barədə məlumat verilir. Qəzetə müsahibə verən iki mənbə əldə edilən razılaşmaya görə, Türkiyə ordusunun müxalifətçilərin nəzarəti altında olan bölgələrdə təhlükəsizliyi təmin eləmək və “Əl Qaidə” yaraqlılarını yerində oturtmaq üçün İdlibdə keşikdə duracaqlarını söyləyib. “Tayms”a görə, “Əl-Qaidə” ilə bağlı olan “Tahrir El Şam” təşkilatı İdlib vilayətindən uzaqlaşdırılacaq.

    “Tayms” imzalanan protokolun Suriyadakı müharibənin dayandırılması üçün atılmış ən böyük addım ola biləcəyini yazıb. Xəbərdə “Razılaşma münaqişənin müvəqqəti həllinin təminatçısıdır, xarici qüvvələr ilk dəfə bir məqsədə nail olmaq üçün riskə gedəcəklər”.

    ““

    Rusiya, Türkiyə, İran Suriya meydanında, ABŞ Astanda müşahidəçi qismində

    “Tayms” dünənki xəbərində də Rusiya, Türkiyə və İran ordularının birlikdə meydanda olacağını yazmışdı.

    Dünən elan edilən təhlükəsiz bölgələr müxalifətin nəzarətində olan İdlib və onun ətrafı və Humusun şimalıdır. Dəməşq şəhərinin şərqindəki Qata ilə cənubdakı Darea və Kuneytra əraziləri də təhlükəsiz bölgələrə daxil ediləcək.

    Bu dəfəki Astana danışıqlarında ABŞ ilk dəfə yüksək səviyyədə iştirak edib, danışıqlar masasında ABŞ XİN rəhbərinin müavini Styuart Cons da oturub.

    Dəqiq sərhədləri üç ölkə təyin edəcək

    Razılaşmanın əldə edilməsindən bir az əvvəl açıqlama verən Türkiyə XİN bildirib: “Atəşkəs bölgəsinin sərhədləri və atəşkəs rejimi ilə bağlı detallar və qaydalar, qarşıdakı dövrdə üç təminatçı ölkə arasında razılaşdırılaraq, ortaq işçi qrup tərəfindən müəyyənləşəcək”.

    Hurriyyet.org