Öcalanın şagirdi, “300 minlik”  Bedran Cudi, oğlu və qardaşı zərərsizləşdirilib – İRAQDA ƏMƏLİYYAT

    3

    Hurriyyet.org xəbər verir ki, PKK-nın Şimali İraqdakı düşərgələrinə qarşı hava əməliyyatı zamanı ölən 5 terrorçu arasında “boz siyahı”da başına 300 min lirə mükafat qoyulan “Bedran Cudi” kod adlı, 64 yaşlı Sait Tanıt da var.

    Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin 22 aprel günü İraqın şimalındakı Amediye rayonlarının Seqire kəndinin yanındakı çöllükdə həyata keçirdiyi əməliyyatda ölən PKK terrorçularının kim olduqları təşkilata yaxın olan internet saytları tərəfindən açıqlanıb.

    5 PKK üzvünün zərərsizləşdirdiyi əməliyyatda ölənlərin birinin “Bedran Cudi” kod adlı, Şırnakda qeyddiyyatda olan 64 yaşlı Sait Tanıt olduğu, eyni əməliyyat zamanı oğlu Mehmet Tanıtın da öldüyü bildirildi. Sait Tanıt 30 ildir ki, dağlara çəkilmişdi. Onun İmralıda ömürlük həbs cəzasını çəkən əliqanlı qatil Abdullah Öcalandan Suriyada təlim aldığı dövrə məxsus fotoşəkilləri də internetə qoyulub. “Bedran Cudi”nin adı, Türkiyə Daxili İşlər nazirliyinin axtarışda olan terrorçuların “boz siyahısı”na salınmışdı. 

    Oğlu və qardaşı da öldürülüb

    Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin 22 aprel günü İraqın şimalında apardığı hava əməliyyatı zamanı öldürülən 5 terrorçu arasında onunla birlikdə oğlu və qardaşının da olduğu bildirilir.

    Bəlli olduğu kimi, əsl adı Artin Akopyan olan Abdullah Öcalan əslən ermənidir. Ermənilərin bu gün dünyaya car çəkdiyi kimi, 1915-ci ildə Türkiyədə “yoxa çıxan” ermənilər “soyqırımı”na məruz qalmayıb, sadəcə “kürd” kimliyi altında gizlənmişlər və bu gün PKK olaraq,  türk düşmənçiliklərini davam etdirirlər.

    Hurriyyet.org

    ““ 

    ““