Fransada seçkiqabağı terror törədən İŞİD-in məqsədi nədir?

    6

    Hurriyyet.org xəbər verir ki, Parisin mərkəzində baş verən atışmaya görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Məlumatı ekstremistlərin saytına istinad edən “Frans Press” agentliyi yayıb.

    Dünən “Yelisey çölləri” prospektində baş verən atışma zamanı bir nəfər asayiş keşikçisi həlak olub, daha iki nəfər yaralanıb. Həmçinin insident baş verən ərazinin yaxınlığından keçən bir qadının da yüngül yaralandığı bildirilir.

    Hücumçulardan biri cavab atəşi ilə öldürülüb.

    Polis onun tək olmadığını hesab edir və ikinci şəxsi tapmaq üçün axtarış aparır.

    Fransa prezidenti Fransua Ollan bəyan edib ki, hakimiyyət baş verən hadisəni terror aktı kimi qəbul edir. Bununla yanaşı, o, vətəndaşları tələsik nəticələr çıxarmamağa və rəsmi təhqiqatın nəticələrini gösləməyə çağırıb.

    Atışma prezident seçkilərinə iki gün qalmış aparılıb. Seçkilər bazar günü keçiriləcək.

    Maraqlıdır ki, Avropada son dövrlərdə müəyyən pərdəarxası xəbərdarlıqları yerinə yetirmək üçün İŞİD faktorundan və hipnozlaşdırılmış təşkilat üzvlərindən geniş istifadə olunur.

    Hurriyyet.org