London aeroportunda həyacan – TERROR ƏMƏLİYYATI!

    9

    Hurriyyet.org xəbər verir ki, İngiltərənin paytaxtı London şəhərində yerləşən “Heathrow” hava limanındakı 3 nömrəli terminalda Türkiyədən gələn sərnişinlər arasında bir terror şübhəlisi yaxalanıb. “Röyters” uçuşların bir müddətliyə təxirə salındığı xəbərini yayıb.

    Hava limanının mətbuat katibinin verdiyi açıqlamada deyilir: “Üçüncü terminaldakı hava uçuşlarımız təhlükəsizlik problemi səbəbindən dayandırılmışdır. Narahatçılığa görə bütün sərnişinlərdən üzr istəyirik”.

    İngiltərə mətbuatı Türkiyədən gələn bir təyyarədəki terror şübhəlisinin həbs edildiyini və uçuşların bu səbəbdən təxirə salındığını yazıb.

    30 yaşlı sərnişin dünən gecə Londonda yerə enən kimi polis hərəkətə keçib. O, terror hücumuna hazırlaşmaqda və terror təlimi almaqda ittiham edilir. Şübhəli şəxs polis mərkəzində dindirilir.

    İngiltərə mediası polislərin Londonun şərqindəki bəzi ünvanlarda axtarış apardığını da yazıb.

    Şübhəlinin mindiyi uçaq, yenidən İstanbula doğru yola düşüb.

    Hurriyyet.org