Göz idmanı nədir? – VİDEO

    3

    Hurriyyet.org xəbər verir ki, gündə cəmi 15 dəqiqənizi ayırmaqla göz əzələlərinizi gücləndirə, 2 aydan sonra görmə qabiliyyətinizi yaxşılaşdıra bilərsiniz.

    Videoda göstərilən, göz bəbəklərini yuxari-aşağı, sağa-sola, yaxına-uzağa və dairəvi hərəkət etmək çalışmalarını yerinə yetirməklə gözlərin vəziyyətini yaxşılaşdırmaq mümkündür. Xüsusilə də insanın təbiətdən ayrılıb özünü könüllü şəkildə binalara həbs edərək, kompyuterin, telefonun, televizorun, planşetin əsirinə çevrildiyi zamanda, əksər işlərin elektron avadanlıqlar vasitəsilə görüldüyü indiki dövrdə gözlərin donuq halda bir nöqtəyə baxması göz əzələlərinin işini zəiflədir. Göz idmanı nəinki gözlərinizə müsbət təsir göstərəcək, həm də daimi göz gərginliyindən yaranan təzyiqi də apararaq beyninizi dincəldəcək. 

    Hurriyyet.org