Fransız siyasətçi “YA VƏTƏNDAŞ MÜHARİBƏSİ TÖRƏDİLMƏLİ, YA DA ƏRDOĞAN ÖLDÜRÜLMƏLİDİR” dedi və… – VİDEO

    6

    Hurriyyet.org xəbər verir ki, fransalı siyasətşünas Filip Moro Defarjın (Philippe Moreau Defarges) iqtisadiyyat kanalı olan “BFM Biznes”ə verdiyi müsahibədə Türkiyə prezidenri Rəcəb Tayyib Ərdoğana qarşı açıq düşməniliyini bildirməsi böyük reaksiya doğurub.

    İqtisadiyyat və informasiya kanalı olan “BFM Biznes”in “Dünyada 7 gün” proqramında çıxış edən Fransa Beynəlxalq Münasibətlər İnsititunun siyasət mütəxəssisi Moro Defarj Türkiyənin Avropa İttifaqına üzvlüyünün mümkünsüz olduğunu, üzvlüklə bağlı bir müqavilə imzalanacağı təqdirdə, 27 üzv ölkənin hər birinin bu müqaviləni bir-bir təsdiqləməsinin lazım gələcəyini bildirib.

    “Ya vətəndaş müharibəsi olmalıdır, ya da Ərdoğan öldürülməlidir”

    Defarj Türkiyədəki referndumun qanunsuz sayılması tələbinə gedən yolların bağlandığını bildirərək etirazların nəticəsiz qalacağını söyləyib. Defarj Türkiyədə dəyişikliklər baş verməsinin qarşısını almaq üçün iki “variant” irəli sürüb: “O zaman yalnız ya vətəndaş müharibəsi təşkil eləmək, ya da, bunu demək çətindir, amma onun (Ərdoğanın) öldürülməsi yolları qalır”.

    Aparıcı etirazını bildirib

    Verilişin aparıcısı Defarjın dediklərinə etirazını bilirərək söyləyib: “Bir cinayəti qanuni addım kimi təqdim edə bilməzsiniz”. Defarj isə bu üsulun və mübahisələrin əsrlərdən bəri davam elədiyini, böyük dinlərdə belə, bununla bağlı mübahisələrin baş verdiyini iddia edib.

    Fransadakı türklər şikayət yağdırıb

    Veriliş başa çatandan sonra sosial şəbəkələrdə Defarj və “BFM Biznes” kanalına etirazlarını bildirən vətəndaşlar. Televiziya ekranlarından cinayətə çağırış edildiyini yazıblar. Fransada yaşayan çoxsaylı türklər prezident Ərdoğana qarşı bu cür sözlərin qəbuledilməz olduğunu vurğulayaraq, sosial mediada bu məsələ ilə bağlı müsajlar yayaraq, Fransa Televiziya və Radio Verilişlərinə Nəzarət Ali Şurasında şikayət etdiklərini bildiriblər.

     Fransada terrir hücumları səbəbindən fövqəladə vəziyyət rejiminin davam etdiyini, terrora həvəsləndirmək və terror çağırışı etmək kimi cinayətlərin qanun maddələrinə salındığını xatırladan vətəndaşlar televiziya ekranlarından bu cür ifadələrin səsləndirilməsini qınayıblar. Bir çox vətəndaşlar Defarjla bağlı polisə şikayət edəcəklərini paylaşıblar. Vətəndaşlar həmçinin, Defarjın işlədiyi Fransa Beynəlxalq Münasibətlər İnsititunu və “BFM Biznes” kanalını açıqlama verərək üzr istəməyə çağırıblar.

    …və üzr istədi

     İctimai təzyiq altında qalan Defarj sonradan geri addım ataraq üzr istəyib: “Bu cümləni söyləməməliydim. Türkiyənin vəziyyətini və siyasi sui-qəsd məsələlərini eyni cümlədə işlətdim, bunu etməməli idim. Xəta etdim. Üzr istəyirəm”.

    Hurriyyet.org