Xocalı qatili, keçmiş müdafiə naziri Seyran Ohanyan Ermənistana qayıtmaqdan qorxur

    3

    Hurriyyet.org xəbər verir ki, erməni mətbuatı Seyran Ohanyanın Ermənistana qayıtmaq istəmədiyi barədə məlumatlar yayıb.

    “Jamanak” qəzeti yazır: “Parlament seçkilərindən sonra Ermənistanın keçmiş müdafiə naziri, ORO (“Ohanyan-Raffi-Oskanyan” – red.) blokunun üzvü Seyran Ohanyan Moskvadadır. O, özünə çox yaxın olan adamlara bir daha Ermənistana qayıtmaq arzusunda olmadığını bildirib.

    Ohanyan, Samvel Babayanın taleyini yaşamaqdan qorxur. Parlament seçkilərindən sonra ORO blokunun liderləri öz partiyadaşları və tərəfdaşları ilə görüşmürlər, onlar da bundan sonra necə davranacaqlarını bilmirlər”.

    Hurriyyet.org