Trampın “Qiyamət günü” təyyarələri nüvə hücumuna hazırdır – FOTOLAR

    12

    Hurriyyet.org xəbər verir ki, Amerika prezidentlərini gəzdirən “Air Force One” təyyarələrinin görünməyən kölgəsi E-4B təyyarələri barədə bilinməyən həqiqətlər ortaya çıxıb.

    ““

    E-4B Doomsday (Qiyamət günü) adı ilə tanınan bu təyyarələr əslində “Boeing 747”-dir. 

    ““

    Lakin bu təyyarələrin daxili bütün ABŞ  aviabazalarından komanda edilə biləcək şəkildə dizayn edilib.

    ““

    Nüvə hücumu və ya milli həyəcan siqnalı məqamında yüksək vəzifəli şəxslərin və siyasətçilərin toplanacağı təyyarədə xüsusi bir iclas otağı mövcuddur və ABŞ prezidentinin minəcəyi “Air Force One” təyyarəsi hara gedərsə, bu təyyarələrdən biri mütləq onun yaxınlığında uçacaqdır.

    ““

    “Qiyamət günü təyyarələri”nə uçuş heyəti də daxil olmaqla 112 nəfər yerləşir. Təyyarənin içərisində hər növ kommunikasiya sistemləri mövcuddur və buradan istənilən əməliyyatlar aparmaq mümkündür.

    ““

    Bu təyyarələr 1970-ci illərdəki “Soyuq Müharibə” illərindən bəri mövcuddur və nüvə hücumu baş verəcəyi təqdirdə Amerika prezidentini xilas eləmək üçün nəzərdə tutulub.

    ““

    O illərdə bu təyyarələrdən biri mütləq işlək vəziyyətdə gözləyirdi.

    ““ 

    Təyyarə daxilindəki kommunikasiya sistemi donanmaya məxsus sualtı qayıqlarla belə əlaqə saxlayacaq şəkildə hazırlanıb.

    ““

    Qiyamət Gümü təyyarələrində yaşamaq da mümkündür.

    ““

    Təyyarələr havada ikən yanacaqla doldurula və təqribən 36 saata hacada qala bilir. E-4B-lər indiyə qədər sınaqdan keçirilməsələr də 1 həftə boyunca havada qalmaq imkanına malikdirlər.

    ““

    ABŞ-ın keçmiş müdafiə naziri Donald Rumselfd 2006-cı ildə bu təyyarələrin “təqaüdə” göndəriləcəyini açıqlasa da, 2007-ci ildə vəzifə başına gələn Robert Qeyts hava donanmasının yenidən fəallaşmasına qərar verib.

    Uzun sözün qısası, “Qiyamət günü” təyyarələri ehtimal oluanan nüvə hücumuna qarşı ABŞ prezidentinə xidmət eləməyə hazırdır.

    Hurriyyet.org