ABŞ özünü KİMə göstərir? – Bu gün qitələrarası raketi havaya uçuracaq!

    6

    Hurriyyet.org xəbər verir ki, ABŞ qitələrarası ballistik raket sınağı keçirməyə hazırlaşır.

    Amerika mətbuatının yazdığına görə, Amerika HHQ bu gün “Minuteman III” ballistik raketini sınaqdan keçirmək niyyətindədirlər. Bu raket ölkənin strateji nüvə qüvvəsinin əsasını təşkil edir.

    ABŞ HHQ-nin qlobal zərbələr komandanlığı bəyan edib ki, sınağın keçirilməsi Koreya yarımadasındakı gərginliklə bağlı deyil. Raketin havaya uçurulması əmrini verəcək polkovnik Con Moss deyib: “Minuteman III”-ün sınağı bizim milli nüvə qüvvələrimizin statusunun yoxlanılması, həmçinin, bizim nüvə imkanlarımızın nümayişi üçün zəruridir”.

    Bundan əvvəl mətbuatda yazılmışdı ki, “Minuteman III” – bu gün Birləşmiş Ştatların yeganə yerüstü qitələrarası ballistik raketidir. O, 1970-ci ildən Amerika ordusunun cəbbəxanasındadır, 1978-ci ilin axırından bu raketin istehsalı dayandırılıb.

    “Minuteman III” 12 min kilometr radiusdakı hədəfləri dəf etməyə qabildir. Ölkədə 450 ədəd bu növ raket var. Onlar Vayominq, Şimali Dakota və Montana ştatlarındakı bazalarda saxlanılırlar. Onlar, ən azı, 2020-ci ilə qədər cəbbəxanada saxlanılacaqlar.

    Son aylarda KXDR-in həyata keçirdikləri bir sıra raket sınaqları və nüvə sınağı həyata keçirəcəyinin mümkünlüyü barədə şayiələr nəticəsində yarımada ətrafındakı gərginlik artmaqdadır. Vaşinqtonda Şimali Koreyaya qarşı hərbi əməliyyat variantı istisna edilməsə də, onlar Pxenyana qarşı sanksiyalarla iqtisadi təzyiq göstərməyə üstünlük verirlər.

    Qeyd edək ki, beynəlxalq müqaviləyə görə, nüvə silahına sahib hüququna yalnız beş ölkə: ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa malikdir.

    Hurriyyet.org