Klinton: “Məğlub olmağımın səbəbkarı FTB və Rusiyadır”

    3

    Hurriyyet.org xəbər verir ki, ABŞ-da prezident seçkilərində məğlubiyyətə uğrayan Hillari Klinton seçkidən sonra ilk dəfə canlı yayımda çıxış edib. Klinton seçkilərin noyabrın 8-də yox, oktyabrın 27-də keçiriləcəyi təqdirdə qələbə qazana biləcəyini bildirərək, öz uğursuzluğunun günahını Rusiya və FTB-də gördüyünü bildirib. Klinton, Rusiya prezidenti Putinin ABŞ seçkilərinə qarışdığını söyləyib.

    Klinton, məğlubiyyətə uğradığı prezident seçkilərindən sonra canlı yayında ən sərt tənqidi çıxışını CNN televiziyasında, Nyu Yorkdakı “Qadınlar üçün qadınlar” tədbirindən çəkilən verilişdə edib.

    Klinton seçkilərin 12 gün tez keçiriləcəyi halda qələbə qazana biləcəyini bildirib: “Seçkilər oktyabrın 27-də keçirilmiş olsaydı, prezidentiniz mən olacaqdım”.

    FTB başçısı Cim Kominin oktyabrın 28-də Konqresə yazdığı məktubun və Rusiya “Vikileks”inin ona səs vermək meylində olmayan xalqın beynində şübhələr yaratmasını iddia edən Hillari Klinton bunun seçkilərin nəticəsinə təsir edəcəyini bildirib.

    Putinə “ABŞ prezidentliyinə müdaxilə” ittihamı

    Klinton, seçkilərdə məğlub olmasında Rusiya prezidenti Vladimir Putinin rolu olduğunu irəli sürərək: “Müdaxilə etməsi dəqiqdir”, – deyib.

    Klinton, Putinin ona zərər verməklə yanaşı, rəqibi, respublikaçı Donald Trampa yardım eləmək üçün müdaxilə etdiyi fikrindədir. Eks-prezident Bill Klintonun həyat yoldaşı Rusiya barədə belə deyib: “Rusiyanın möhtəşəm bir ölkə olduğunu düşünürəm. Mən, rus xalqının fövqəladə dərəcədə qabiliyyətli olduğunu, lakin pis idarə edildiyini fikirləşirəm”.

    Hurriyyet.org