Daha 4 dövlət xidməti ləğv olundu

    3

    Hurriyyet.org bildirir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən 4 xidmət ləğv olunub. Bu barədə Fins.az Vergilər Nazirliyinə istinadən xəbər verir.

    Ləğv edilən xidmətlər bunlardır:

    Dövlət Metrologiya Xidməti

    Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti

    Dövlət Akkreditasiya Xidməti

    Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi ( AzPatent)

    Qeyd edək ki, bu qurumlar Prezidentin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən ləğv olunub. Bağlanan xidmətlərin və mərkəzin debitor və kreditorları mayın 2-dək ləğvetmə komissiyalarına müraciət edə bilərlər.