KRİTİK ZİRVƏ DAVAM EDİR… ALMAN NAZİRDƏN ÇOX ÖNƏMLİ AÇIQLAMA: “KƏSİNLİKLƏ…“

    3

    Avropa İttifaqına üzv və üzvlüyünə namizəd olan ölkələrin bu gün Maltadakı görüşünün əsas gündəm maddələrindən biri Türkiyə ilə bağlı müzakirələr olub. Görüşdə Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edib.

    Bəzi avropalı siyasətçilər prezident Tayyib Ərdoğanın səlahiyyətlərini artıran Konstitutsiya dəyişikliklərinin qəbul edildiyi referendumdan sonra bu həftə Türkiyənin üzvlüyü ilə bağlı danışıqların dayandırılmasına çağırmış, bu ölkənin namizədliyinin demokratiya standartlarına uyğun olmadığını söyləmişdilər.

    Lakin Almaniyanın XİN rəhbəri Siqmar Qabriyel belə bir addımın nəticələrinin mənfi ola biləcəyini söyləyib.

    “Röyters”in məlumatına görə, Qabriyel jurnalistlərə açıqlamasında deyib: “Alman hökuməti üzvlüklə bağlı danışıqların dayandırılması təklifinə qətiyyətlə etiraz edir və bunu tamamilə səhv bir addım hesab edir. “Türkiyə ilə daha danışmırıq”, – deyə öz ölkələrində alqış toplamaq istəyənlər, bu addımları ilə Türkiyədə heç nəyi dəyişdirə bilməyəcəklər”.

    Avstriya meydan sulayır

    2005-ci ildə başlanan danışıqlar prosesinin dayandırılmasına çağıranlar arasında birinci yerdə Avstriya gedir. Onsuz da, hətta referendumdan əvvəl də, Kipr məsələsi ilə bağlı siyasi əngəllər və bəzi Aİ ölkələrinin müsəlman  bir ölkəni öz aralarına qəbul etmək istəməmələri ilə əlaqədar olaraq, bu danışıqlarda heç bir irəliləyiş yox idi.  Avstriya xarici işlər naziri Sebastyan Kruz, Türkiyənin Aİ-yə qəbul edilməsi məsələsi ilə bağlı deyib: “Türkiyə üçün Aİ-yə qəbul edilmək illüziyasına inanmaq yamamilə səhv olardı”.

    Ərdoğanın refendumda qələbə qazanaraq səlahiyyətlərini artırması bir çox Aİ ölkəsini narahat edir.

    Almaniya, özünün xarici və iqtisadi siyasət məsələlərində müttəfiqi olan Hollandiya və Lüksemburqu da Türkiyəyə qarşı münasibətini dəyişdirməyə çağırıb.

    Litva və Macarıstan nümayəndələri təmkinli olmaq çağırışı ediblər. Bildiriblər ki, Avropa İttifaqının, xüsusilə də Suriyadan gələn qaçqınların Avropaya axınına nəzarət məsələsində Ərdoğanın yardımına ehtiyacı var və Ankara ilə dioloqu davam etdriməyə ehtiyac vardır. Litva XİN rəhbəri Linas Linkevicius deyib: “Türkiyə regionda mühüm bir ölkədir və onunla münasibətlərimizi qorumaq, ünsiyyətdə olmağımız lazımdır”.

    Xatırladaq ki, Ərdoğan, “Röyters”ə müsahibəsində gözləmə müddətinin daha da uzadılacağı təqdirdə, Türkiyənin Aİ ilə bağlı mövqeyini dəyişə biləcəyini bildirmşdi.

    Atılacaq addımlardan biri, Aİ-nin Türkiyə ilə ticarət əlaqələrini genişləndirərək, türk şirkətlərinə 500 milyon Aİ vətəndaşına xidmət eləmək üçün daha aşağı gömrük vergisi tətbiq edilməsi ola bilər. Bu istiqamətdə hər bir addımın üzvlük məsələsinin təxirə salınması kimi ağır bir siyasi zərbənin təsirini azalda biləcəyi ifadə edilir.

    Fransa XİN rəhbəri Ceyn-Mark Ayrault da “Gömrük İttifaqı” məsələsi ilə bağlı müzakirələr aparılması mümkündür” deyib.

    Hurriyyet.org