İslam Oyunlarının təhlükəsizliyi necə qorunur? – EKSPERTDƏN AÇIQLAMA

    9

    İlham İsmayıl: “Deputat Siyavuş Novruzovun bu cür primitiv yanaşması məsələnin çıxış yolu deyil”

    Hesab edirəm ki, bu oyunlar ərəfəsində təhlükəsizlik tədbirlər güclənəcək”

    Milli Məclisin sonuncu iclasında çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, turist adıyla kimə gəldi viza verilməsi düzgün deyil: “Bu gün dünyada nələr baş verdiyini hamımız görürük. Bu məsələdə diqqətli olmaq lazımdır. Hotellərdə təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir. Biz 5-10 manata görə ölkədə qurulan ictimai-siyasi sabitliyin pozulmasına yol verə bilmərik“.

    Novruzov Azərbaycana gələn turistlərə viza verilərkən, müvafiq strukturları diqqətli olmağa çağırıb.

    Qeyd edək ki, 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq iştirakçılar, azarkeşlər və akkreditasiyadan keçmiş şəxslər vizasız Azərbaycana daxil ola biləcək.

    “Terroru qarşısına məqsəd qoyan terror təşkilatları zamandan, vizadan asılı olmayaraq bunu həyata keçirə bilirlər”

    Keçmiş MTN işçisi İlham İsmayıl Hurriyyet.org-a bildirdi ki, sadələşdirilmiş vizanın tətbiqi təkcə İslam Həmrəyliyi Oyunları ilə bağlı deyil, keçən ildən tətbiq olunub: “Xüsuilə Ərəb ölkələrinin vətəndaşlarının Azərbaycana turist səyahətlərini təşkil edilməsi məqsədilə edilib. Yəni ölkədəki iqtisadi böhranı turizm xəttilə çıxarmaq istəyirlər. İslam Həmrəyliyi Oyunları ərəfəsində digər İslam ölkələri üçün, xüsuilə Ərəb ölkələri üçün sadələşdirilmiş vizaya keçilib. Bu, normal haldır. Xüsusi xidmət orqanları təhlükəsizlik məsələləri ilə onsuz da məşğul olacaqlar. Gələnlər haqqında qarşı dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməklə əlavə informasiyalar alınır, işləri çoxalacaqdır. Dövlətin burada xeyri də var. Azərbaycana gələn turistlərin sayını artırmaqla müəyyən dərəcədə gəlir əldə etməyi fikirləşirlər. Paralel şəkildə də xüsusi xidmət orqanlarının üzərinə ələvə öhdəliklər düşür. Bu da normal haldır. Düzdür, terror təhükəsi hər zaman var, amma fikirləşməyək ki, İslam Həmrəyliyi Oyunlarına keçrilən terrorçular məhz bura gələcəklər, bu az inandırcıdır. Bunu məhz İslam ölkələrindən gələnlər yox, başqa dövlətlər təzyiq vasitəsi kimi Azərbaycana tətbiq edə bilərlər. Bütün bunların hamısını fikirləşəndə gərək heç bir tədbir keçirməyəsən, heç bir sadələşdirilmiş viza etməyəsən. Terroru qarşısına məqsəd qoyan terror təşkilatları zamandan, vizadan asılı olmayaraq çox vaxtı bunu həyata keçirə bilirlər. Ona görə, hesab edirəm ki, bu oyunlar ərəfəsində təhlükəsizlik tədbirlər güclənəcək, bizim xüsusi xidmət orqanlar ilə qarşı tərəfin xüsusi xidmət

    orqanları əməkdaşlıq edib, maksimum informasiya əldə edəcəklər. Bu da  hər hansı bir terrorun qarşısını almağa kömək olacaq”.

    “Похожее

    “Bəs, xüsusi xidmət orqanları nədən ötəridir?”

    “Deputat Siyavuş Novruzovun məsələyə bu cür primitiv yanaşması, yəni 5-10 manat məsələsi məsələnin çıxış yolu və yaxud hər hansı həyacan təbili demək deyil. Ölkənin qarşısında məsələ var və bu məsələdə adamları cəlb etmək durur. Bəs, xüsusi xidmət orqanları nədən ötəridir? Xüsusi xidmət orqanı təhlükəsizliyi təmin etmək, terrorun qarşısını almaqdan ötəridir. Ona görə, bir şeyi fikirləşib sadələşdirilmiş viza tətbiq etməyək? Bəs, viza üçün açıq olan ölkələr neynəsin? Onlara da gedib-gələnlər var.  Demək olar ki, əksər ölkələr üçün heç viza tətbiq olunmur. Burada heç bir problem yoxdur. Bunları nəzərə alsaq, onda gərək heç bir tədbir keçiməyək. Tədbir keçirilməlidir, sadələşdirilmiş viza olmalıdır və gücləndirilmiş xüsusi xidmət orqanı fəaliyyətini göstərməlidir”, – dedi keçmiş MTN işçisi.

    Şamo Emin, Hurriyyet.org