“MƏNİ ÖLDÜRMƏK ÜÇÜN KİLLER TUTMUŞDULAR” – Hərbi ekspertdən sensasiyalı açıqlamalar

    3

    “Ölən əsgərlərin daxili orqanlarının tez bir zamanda “qara bazar”a çıxarılması, ölüxanaya çatdırılması, orqanlarının çıxarılması aşkarlandı”

    “Ölən əsgərlərin daxili orqanlarının tez bir zamanda “qara bazar”a çıxarılması, ölüxanaya çatdırılması, orqanlarının çıxarılması aşkarlandı. Bu, həm Azərbaycanda, həm də ölkə xaricində ciddi səs-küyə səbəb oldu…Naxçıvanın hərbi prokuroru Yaşar tərəfindən bizi susdurmaq üçün killer tutuldu. Sonra məlumat aldım ki, məni həbs etmək istəyirlər”. 

    Hurriyyet.org bildirir ki, bu sensasiyalı açıqlamaları hazırda ABŞ-da mühacirət həyatı yaşayan hərbi ekspert Ələkbər Məmmədov “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib.

    O Azərbaycandan ABŞ-a mühacirət etməsinin səbəbləri haqda danışarkən bildirib ki, Amerikaya siyasi mühacir kimi gəlib: “Birləşmiş Millətlər Təşkilatının qaçqınlar idarəsi səviyyəsində, siyasi mühacir kimi mandatımız təsdiq olunub. Onlar bizi bura göndəriblər. Bizim oxucular 2013-cü ili xatırlayırlar. O illərdə sonuncu fəaliyyətim hüquq müdafiəçisi, hərbi ekspert kimi olmuşdu. Əsgər ölümləri yox, əsgərlərin hərbi xidməti zamanı naməlum bir şəkildə öldürülməsi məsələsi ortaya çıxmışdı. Onların valideynləri ilə ictimai araşdırmanı aparanda xoşagəlməz faktları üzə çıxardıq. Ölən əsgərlərin daxili orqanlarının tez bir zamanda “qara bazar”a çıxarılması, ölüxanaya çatdırılması, orqanlarının çıxarılması aşkarlandı. Bu, həm Azərbaycanda, həm də ölkə xaricində ciddi səs-küyə səbəb oldu. Buna qədər Azərbaycanın insan orqanlarını “qara bazar”da satan ölkə olaraq adını hallandırması məsələsi var idi. Məsələ də qalxanda üst-üstə düşmüşdü və böyük rezonans doğurdu…
    Əsgər ölümləri məsələsini 2000-ci ildən qaldırıram. ANS-də də zamanında “Nəzər nöqtəsi” verilişində, eləcə də mətbuat konfranslarında bu mövzunu qaldırırdım. Amma son olaraq 2012-ci ilin avqustun 8-də mətbuat konfransı etdik. Həmin konfransda Kifayət İsgəndərli adlı valideyn bildirdi ki, oğlu hərbi xidmət zamanı naməlum şəkildə öldürülüb. O zaman həmin valideyn tərəfindən ölmüş əsgərin orqanlarının satışa çıxarılması məsələsi gündəmə gəldi. Avqust ayında artıq bu, böyük rezonansa gətirib çıxardı. Bir neçə valideyn müraciət etdi. Onların da başına eyni işin gətirildiyi məlum oldu. Dedilər ki, fiziki baxımdan tam sağlam olan uşaqları hərbi xidmətin sonlarına yaxın naməlum şəkildə ölüb. Bu, şübhə oyatdı. Mən tələb etdim ki, dövlət səviyyəsində bir komissiya bu məsələni araşdırmalıdır. Amma bunun əvəzinə təzyiqlər başlandı. Müdafiə Nazirliyi tərəfindən guya şər və böhtanla əlaqədar mülki işlər qaldırıldı. Ondan sonra orda adı hallanan Naxçıvanın hərbi prokuroru Yaşar tərəfindən bizi susdurmaq üçün killer tutuldu. Sonra məlumat aldım ki, məni həbs etmək istəyirlər. Mən həbsdən qorxmurdum. Killerin tutulması ilə bağlı xəbəri alan kimisə isə aidiyyəti orqanlara teleqramlar vurduq. Ölkə prezidenti və onun xanımına ünvanlanan teleqramlar oldu. Amma elə bir reaksiya verilmədi. Uşaqlarıma hücumlar oldu. Oğluma qarşı başlandı öncə. Amma uşaq universitetdə oxuyurdu deyə bir az ehtiyat elədim ki, sonradan ona qarşı hər hansı təzyiqlər olar. Sonradan qızıma qarşı oldu. Aprelin 28-də baş verdi. Ondan sonra qəti qərara gəldim ki, ölkədən gedim”.

    Hərbi ekspert qızınına bıcaqla hsücum edildiyini bildirib: “Qızıma küçədə basqın oldu. Bütün qonşular da, çevrəmiz də təxmin etdi ki, bu, mənimlə bağlıdır. Basqın edən şəxslər dedilər ki, atana de sussun, danışmasın. Qızım qışqırdı, qonşular da çıxdılar bayıra. Bıçaqla qorxutdular qızımı. Qonşuların çıxdığını görüb, həmin adamlar da qaçıblar. Qızım da birbaşa gəlib evə. Anasına tapşırmışdım ki, heç vaxt qapını bağlı saxlamasın. Uşaq gələn kimi qapının ağzında qalmasın. Elmar Hüseynovun qətlindən sonra – qapısının ağzında öldürüldüyü üçün gözüm qorxmuşdu. Elmarla da yaxın idim mən. Ona da xəbərdarlıq etmişdim ki, ehtiyatlı olsun, aradan götürüləcəyi ilə bağlı xəbərlər var…”

    Ələkbər Məmmədov sözlərinə görə, ona müxtəli mənbələrdən ölkədə getməyəcəyi halda ən azı həbs olunacağı bildirilib: ” Bir mənbədən isə xəbər gəldi ki, hətta killer tutulub. Naxçıvanın hərbi prokuroru Yaşarın orda danışıq aparıb, killer tutması ilə bağlı xəbərlər yayılmışdı. Mən bununla bağlı mətbuat konfransı keçirdim, müvafiq müraciətlər etdim. Amma yenə heç bir reaksiya olmadı...Yanvarın 12-də gənclərin keçirdiyi izdihamlı aksiyada problemlərini qaldırdığım valideynlər də iştirak etmişdi. İkinci belə bir aksiyanın martın 10-da keçirilməsi planı vardı. O zaman məlumat aldım ki, o aksiyanı təşkil edən gəncləri və məni ya aksiyadan əvvəl, ya da sonra həbs etmək istəyirlər…Təhlükə get-gedə böyüyürdü,qərara gəldim ki, hazırlaşaq gedək.”