“Pul vahidi haqqında diletantların danışması doğru deyil”

    12

    “Mən “böhran” sözünün istifadəsinə qarşıyam”

    “Xarici bankların ölkəmizə gəlişinin həm müsbət, həm də mənfi cəhətləri var. Çünki ölkənin maliyyə təhlükəsizliyi baxımından bank sektoru milli olmalıdır”

    2015-ci ildə manatın iki dəfə devalvasiyaya uğrması ölkədə sosial böhranı dərinləşdirdi. Manat dəyərsizləşsə də, əhalinin aldığı əməkhaqqı və müavinətlər manatın dəyəri ilə indeksasiya edilmədi. Ekspertlərin bildirdiyinə görə, son iki ayda manatın məzənnəsinin sabit saxlanılması inzibati metodlarla mümkün olur. Odur ki, manatın payız aylarında yenidən dollara nisbətdə 1.90 civarında müəyyənləşəcəyi istisna olunmur. Bu barədə dünən mətbutda millət vəkili Vahid Əhmədovun fikirləri də yer alıb.

    “Hürriyyət”in əməkdaşı ardıcıl devalvasiyalardan sonra ölkənin iqtisadi vəziyyətini dəyərləndirməsi üçün tanımış iqtisadçı alim, müstəqil ekspert Zahid Məmmədova müraciət edib:

    – XXI əsrdə hər  hansı bir ölkənin iqtisadiyyatı həm daxili, həm də xarici amillərlə bağlıdır. İqtisadiyyatın böyük bir hissəsi xarici iqtisadi fəaliyyətdən əldə edilərsə, ixrac edilən mal və xidmətlərin qiymətlərində ani bir dəyişilik həmin ölkənin iqtisadiyyatına təsir edir. Bununla əlaqədar dəyişik ölkələrdə fərqli iqtisadi modellər hesablanmışdır. Bildiyimiz kimi, Azərbaycanda əsas ixracat məhsulları neft məhsullarıdır və 2014-cü ildə qiymətlərin dünya bazarında enməsi Azərbaycan iqtisadiyyatına təsir göstərmişdir. İlk növbədə tədiyyə balansındakı dəyişikliklər milli pul vahidinin dəyərinə də təsir göstərmişdir. İqtisadiyyatda belə bir amil də var, tutaq ki, “Amerika gəmisi İran körfəzinə daxil olmuşdur” kimi ifadələr müəyyən ölkələrdə problemlər yaradır. Yadımdadır, Əhməd Sezərlə Ecevit dönəmində Türkiyədə Cümhurbaşkanı Baş bakanla bir mövzu dartışırdı, sabahı gün bu proses birjaya yansıdı. Yəni birjada səhmlərin qiymətlərinin enməsinə, türk lirəsinin dəyərədən düşməsinə təsir etdi. Halbuki, bu, heç bir iqtisadi amil olmadan baş verdi.

    Bu gün iqtisadiyyat daha çox iqtisadi göstəricilərlə deyil, başqa amillərlə bağlıdır. Bununla yanaşı, Azərbaycanda gərəkli addımlar atılıb, Starteji Yol Xəritəsi hazırlanıb.

    Əslində, iqtisadiyyatın infeksion təsiretmə gücü var. Ona görə, dünyada baş verən hər hansı bir hadisənin başqa ölkələrə də təsiretmə gücü var. Təbii ki, hər bir ölkənin özünü qoruma metodları var. Nəzərə alaq ki, Azərbaycan 25 ildir müstəqil dövlətdir, bazar iqtisadiyyatı yeni formalaşıb. Amerika kimi iqtisadiyyatı güclü bir dövlət 1929-33-cü illərdə,  1956-cı ildə, 1980-ci ildə və 2008-də böhran yaşayıb və hər dəfə də böhrandan dərslər çıxararaq buna yönəlik addımlar atmışdır. Bu gün də Amerika, Avropa Birliyi, yəni dünyada örnək ola biləcək  ölkələr bugünkü iqitsadi sorunlarla ciddi şəkildə üz- üzədir.

    – Sizcə, hazırda manat dollara nisbətdə gerçək iqtisadi dəyərini qazanıb?

    – Məzənnəyə təkcə sadəcə iqtisadi amillər təsir etmir, eyni zamanda psixoloji, maliyyə və xarici iqtisadi amillər təsir edir. Bu gün istənilən ölkənin pul vahidinə təsir edən əsas psixoloji amillərdir. Siz öncədən pul vahidinin dəyərdən düşməsini arzulayırsınızsa, pul vahidi nə qədr güclü olursa- olsun nəticəsi nə ola bilər?… Ən pis ev və yaxud rəssamın əsəri haqda siz yalandan ictimai rəy yaratsanız ki, bu yaxşıdır, o yaxşı kimi qəbul ediləcək. Manat sabit qaldığı halda, gündə bu mövzu haqda bilən-bilməyən manata qarşı hücum edir, içtimai rəy yaradır. Ona görə, pul vahidi haqqında diletantların danışması doğru deyildir. Pul vahidi haqqında iqtisadi cəhətdən hazırlıqlı olan şəxslər danışa bilər. Təəssüf ki, təsviri xarakterli fikirlər istənilən məzənnəyə təsir edə bilir.

    – Neft Fondundan manatın məzənnəsinin sabit saxlanılması üçün milyardlarla vəsait ayrılır. Sizcə, bu düzgün iqtisadi siyasətdir?

     – Bu mövzular araşdırılır. Bu mövzu ilə əlaqəli xüsusi orqanlar var. Maliyyə Sabitliyi Şurası var. Neft Fondunda, Mərkəzi Bankda çalışan, bu sahəni  bilən dəyərli mütəxəssislər var. Ona görə də dövlətin maliyyə təhlükəsiziliyi məsələlərini çox da ciddi şəkidlə müzakirə etməyə ehtiyac olmur. Bu istiqamətdə atılan addımlar təbii ki, müsbətdir.

    – Ölkədə qeyri-neft sektrorunun inkişafı ilə bağlı 11 Strateji Yol Xəritəsi elan olundu. Siz, bu xəritələrlə tanışsınızmı və bunların effekt verəcəyini güman edirsinizmi?

    – Təbii ki, tanışam. Bu xəritələrin effekt verib- vermədiyinin qısa bir müddətddə şahidi olursunuz. Bu gün 32 ölkənin ayrı-ayrı şirkətləri ilə danışıqlar aparılır, 200 adda Azərbaycan məhsulu istehal olunur, hətta qənnadı şirniyyatı sahəsində “Ulduz” şirkəti, eləcə də “Azərçay” dünya bazarına girə bilir.  Dövlət “Made in Azerbaijan” markasının dünyada tanınması üçün çiddi addımlar atır. Yəni Azərbaycanda  25 illik bir müddətdə böyük işlər görülüb və davam etməkdədir.

    Yerli məhsulların istifadəsi ilə əlaqdar dövlət müəssisələrində xaricdə istehsal olunmuş mallar və  xidmətlərə limitlər qoyulub. Bu, böyük bir göstəricidir, yerli məhsulların inkişafına ciddi təkan verir. Artıq tenderlərdə yerli məhsuallar iştirak edir, həm daxili, həm də dünya bazarlarına çıxış əldə edilməsi üçün tanıdılır. Bu müsbət nəticələr verə bilər.

    – Bır sıra məmurlar ölkənin artıq böhrandan çıxdığını deyirlər. Siz hesab edirsinizmi ki, Azərbaycan iqtisadiyyatı böhran dönəmini geridə qoydu?

    – Birincisi, böhranın əlamətləri var. İkincisi də böhranın əlamətləri ilə yanaş, anti-böhran tədirləri  var. Böhranla bağlı ciddi paniklər, sosial rahatsızlıqlar yaşanır. Əslində, kütləvi böhran halı görmürəm. Ayrı-ayrı kiçik şirkətlərdə kiçik problemlər olur. Bu da bütün yerlərdə yaşanır, Amerikada, İngiltərədə də var. Ona görə, mən “böhran” sözünün istifadəsinə qarşıyam. “Böhran” riskli bir ifadədir. Əslində, Azərbaycan Strateji Yol Xərtəsini qəbul etməklə, dünyada gedən proseslərə uyğun olaraq, öz iqtisadiyyatında bir dəyişiklik edir və bu çox normaldır.

    – Azərbaycanda bu gün bank sistem ilə bağlı ciddi problemlər var. Bunu dövlət başçısı da etiraf edib ki, bank sistemi iqtisadiyyatın inkişafına zərər vurub. Siz Azərbaycan bank sistemini bugünkü durumunu necə qiymətləndirirsiniz?

    – Bəli, bu problemlər yaşanır, etiraf edildi. Hörmətli baş nazir də parlamentdə bank sektorundakı müəyyən problemlərin olmasını ifadə etdi. Biz bundan sonra 3 bank növünü dəyərləndirməliyik. Birinci bank- sağlamaşdırılması mümkün olmayan banklardır, yəni onlar artıq sıradan çıxmalıdır. Biz bunu rəsmi qaydada hazırlamalıyıq. O banklar ki, “xəstələnib”, artıq onlara verilən “dərmanlar” keçərsizdir və sağlamlaşdırılması mümkün deyil, onlar sıradan çıxmalıdır. Bunu açıq şəkildə etiraf etməliyk.

    İkinci “xəstələnmiş”, lakin sağalması mümkün olan banklardır. Biz bunları sağalda bilərik. Bunun üçün müvafiq reseptlər də var.

    Üçüncüsü, biz dövlət əhəmiyyətli banklara böyük dəstək verməliyik, bunları yaşatmalıyıq. Çünki bazar iqtisadiyyatının böyük problemləri var. Bazar iqtisadiyyatı bəzi hallarda əmanətçiləri, kreditorları, bankın özünü və dövlətin maliyyə gücünü təhlükəyə atır. Ona görə də bazar iqtisadiyyatı ilə bu şəkildə davranmaq mümkün deyil. Bazar iqtisadiyyatının müəyyən şərtləri olmalıdır və buna uyğun tənzimləyici orqanlar bankların sağlamlaşdırılması və inikşafı üçün müvafiq addımlar atmalıdır. Nəzərə alsaq ki, artıq Azərbaycanda pul siyasətinə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Şurası nəzarət edir, hesab edirəm ki, ölkədə yaradılmış Maliyyə Sabitliyi Şurası bunların uzlaşdırılmasını təmin edəcək və bu uzlaşma çərçivəsində müvafiq sağlamlaşdırılma həyata keçirmək mümkün olacaqdır.

    – Bank sektorunun inkişafı üçün xarici bankların Azərbaycan bank bazarına daxil olmasını təklif edən ekspertlər var. Siz necə düşünürsünüz, xarici bankların Azərbaycanın bank bazarına daxil olması bank sektorunu inkişaf etdirə bilərmi?

    – Əslində, bu sahədə heç bir məhdudiyyət yoxdur. Hər bir xarci şirkət Azərbaycanda fəaliyyət göstərə bilir. Nəzərə alaq ki, xarici bankların ölkəmizə gəlişinin həm müsbət, həm də mənfi cəhətləri var. Çünki ölkənin maliyyə təhlükəsizliyi baxımından bank sektoru milli olmalıdır. Təbii ki, pay bölgüsü olaraq 30-40 faizə qədər ola bilər. Bu gün Şərqi Avropa ölkələrində 90 faizi xarici banklardır, ancaq Türkiyədə uzun müddət bank sektorunda xarici sərmayədarların sayı 3 faiz idi, indi 15 faizə çatıb. Bu gün Azərbaycanda xaric banklar iştirak edir, Pakistanın, İranın, Rusiyanın, Türkiyəni bankları var. Bu gün onlar varsa, daha kimi çağıraq?

    – Gələn ildən təbii qaz satışından külli miqdarda vəsait daxil olmağa başlayacaq. Neftin satışından indiyə kimi 150 milyard daxil oldu, ancaq qeyi-neft sektorunda ciddi inkişaf əldə olunmadı. Təbii qaz satışından əldə olunacaq 50 milyardla qeyri-neft sektorunun inkişafı mümkün olacaqmı?

    – Sən haradan bildin ki, qeyir-neft sektrou inkişaf etmədi, yəni  infrasrtrukturanı, tikilən körpuləri, salınan yolları görmüsünüz? Dünya miqyaslı tədbirlər Bakıda keçirilir. Yadınıza salın, 20 il əvvəl yollar necə idi. Siz deyirsniz 25 ildə hər şeyi əldə edək. Bu gün Azərbaycan özü kreditor, yəni borc verən ölkədir. Başqa ölkələrə yardım edir, ciddi işlər görür. Birdən-birə hər sahədə uğur qazanmaq çətindir. Bunlar alınan dərslərdən çıxan nəticələrdir.

    – Ölkə vətəndaşlarının aktiv, düşünən beyinləri xaricə axın edir. Düşünən beyinləri olmayan ölkənin gələcəyi nə vəd edir?

    – Əksinə, mən tərsinə görürəm ki, Britaniyada, Amerikda oxuyan adam bura gəlir. Mən bunun şahidyəm, burada oxuyur, işləyir. Yəni bu normaldır. Azərbaycanlılar gedir oxuyur, işləyr, təcrübə əldə edir. Nəticədə Azərbaycan diasporu da Azərbaycan üçün işləyəcək. Gedənlər Azərbaycanı sevərək, Azərbaycanla əlaqədar olaraq gedir. Mən adam tanıyıram, Moskvada restoran açıb, göyərtini, pomidoru, xiyarı buradan aparır, kənddə nə qədər adam var, hamısı ona mal satır. Kənddə yaşayanlara deyir, siz istehsal edin, mən alıram. Bu gün dünyada qloballaşma gedir. Kim gedir, kim də gəlir.

    Şamo EMİN, Hurriyyet.org