Qulu İbrahimli: “Mən intellektual səviyyədə deputatın cavabın verəcəyəm”

    6

    “Kimlərsə mənim münaqişəmdən istifadə edib onlara nəsə edər, heç nədən bizim üstümüzə atarlar”

    İbrahimli qeyd edib ki, İqbal Məmmədov istər biznesdə, istərsə də siyasətdə güvən məsələsində qeyri-sabit, sağı-solu bəlli olmayan, tez mövqe dəyişən, çox asan yalan danışa və hər şeyi inkar edə bilən, xeyli insana qarşı haqsızlıqlar etmiş adamdır: “Nəzərə alaq ki, qardaşı da əvvəllər iki rayonda icra başçısı olub. Onların çoxlu adamla problemi var. Kimlərsə mənim münaqişəmdən istifadə edib onlara nəsə edər, heç nədən bizim üstümüzə atarlar”.

    “Geri çəkilməkdən söhbət gedə bilməz”

     “Mən intellektual səviyyədə deputatın cavabın verəcəyəm. Geri çəkilməkdən söhbət gedə bilməz. Hal-hazırda ona himayədarıq edib, bu səviyyəyə çatdıran SOCAR prezidenti cənab Rövnəq Abdullayevə müraciət yazısı üzərində işləyirəm. Elə bir yazı hazırlayıram ki, cəmiyyətdə yüksək mənəvi-əxlaqi dəyərlərin, halal-haram məsələsinin daim ön planda olmasının vacibliyini gələcəkdə biznesdə, ictimai-siyasi sahədə təmsil olunacaq indiki gənc nəsilə çatdıra bilim”, – deyə iqtisadçı əlavə edib.

    Şamo, Hurriyyet.org