Akif Çovdarovun məhkəməsi təxirə düşdü

    3

    Hurriyyet.org xəbər verir ki, prosesdə təqsirləndirilən polkovnik Səlim Məmmədovun vəkili Cavid Rzazadənin məhkəməyə gəlmədiyi məlum olub.

    Hakim bildirib ki, C.Rzazadə əməliyyat olunduğu üçün məhkəməyə gələ bilməyib.

    Məhkəmə prosesi mayın 8-nədək təxirə salınıb.

    Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılır. /musavat.com/