Ərdoğandan Hindistanda dövlət rəsmilərinə FƏTÖ çağırışı

    3

    Hurriyyet.org xəbər verir ki, Ərdoğan Türkiyənin Hindistanla tam bir əməkdaşlıq içərisində olacağını vurğulayaraq Hindistanın Gülən şəbəkəsini tamamilə ölkəsindən çıxarmasını istəyib.

    “24 apreldə Hindistanda baş vermiş mənfur terror hücumunu lənətləyirəm. Hadisədə zərər çəkənlərə başsağlığı diləyirəm. Türkiyə terrorla mübarizədə Hindistanla tam bir əməkdaşlıq içindədir. Qandinin sözü ilə desək, “boyun əyməyən iradə ilə” terrora qarşı dayanacağıq” deyə sözə başlayan Ərdoğan daha sonra sözlərinə belə davam edib: “Hindistan əhalisi, qaynaqları və iqtisadiyyatı, həmçinin strategiyası ilə mühüm bir mövqeyə sahibdir. Siyasi əlaqələrimizi strateji yollarla davam etdirəcəyik. Qarşılıqlı investisiya imkanları üzərində dayandıq. Milli pulun istifadəsi ilə pullarımızın dəyərini qoruyacağıq. Mən FƏTÖ haqqında da ətraflı məlumat verdim. Bu qaranlıq təşkilat dünyanın ən təhlükəli, ən gözü dönmüş təşkilatlarındandır. FƏTÖ ilə 15 iyuldan bu yana güzəştə getmədən mübarizə aparırıq. Dostlarımıza bu təşkilat haqqında məlumat verir və onları xəbərdar edirik. Dost Hindistanın FƏTÖ-nü tamamilə ölkəsindən çıxaracağına ümid edirəm”. /avropa.info/