ABŞ Şimali Koreyanı bu gün vuracaq? – Rusiyadan XƏBƏRDARLIQ

    6

    Hurriyyet.org xəbər verir ki, bunu Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin sədri Viktor Ozerov bildirib.

    V.Ozerov deyib ki, yaranan vəziyyət ABŞ və Şimali Koreya arasında gərginliyi daha da artırıb: “Vəziyyətin gərginləşməməsi üçün tərəflər hərbi ritorikalara son qoymalıdır. Eyni zamanda, ABŞ döyüş gəmilərini Yapon dənizindən geri çəkməlidir. İnanıram ki, ABŞ prezidenti Donald Tramp vəzifəsinin 100-cü gününü Şimali Koreyanı vurmaqla qeyd etməyəcək”.

    Xatırladaq ki, aprelin 29-u Donald Trampın ABŞ prezidenti vəzifəsində olmasının 100-cü günü tamam olur. /publik.az/