Moskvanın “öldürdüyü” rus zabitləri: İŞİD Rusiya silahını necə alır? – ŞOK FAKTLAR

    9

    Hurriyyet.org xəbər verir ki, bu, hərbi mütəxəssislərin məhv edilmiş terrorçuların silahlarını tədqiq edən zamanı ortaya çıxıb.

    Nəşrin yazdığına görə, Suriyada 4 Rusiya hərbçisi snayper atəşlərinin qurbanı oldu. Onlardan biri hökumət qoşunlarının arxasında yerləşən poliqonda öldürülən polkovnik-leytenant Aleksey Buçelnikovdur. O, Suriya əsgərlərinə gecə vaxtı minaatanlardan atəş açmağı öyrədirdi. Rus zabitin həmkarları hesab edirlər ki, o, tam qaranlıqda bir neçə yüz metr məsafədən güllələnib. Terrorçu suriyalıların arasında olan Rusiya hərbi təlimatçısını müəyyən etməyi və onun tək güllə ilə vurmağı bacarıb.

    Ekspertlərin sözlərinə görə, gecəgörmə cihazları üç nəsil olur. Birinci nəsil cihazlar yalnız aydın səmada istifadə olunur. İkinci nəsil gecəgörmə cihazlarında da ulduzların işığı kifayət qədər olmalıdır. Bu kateqoriyadan olan cihazlarla 400 metr məsafədən insanı müəyyən etmək olur.

    Üçüncü nəsil ən müasir cihazlar isə hədəfi tam qaranlıqda nişan almağa imkan verir. Bu kateqoriyadan olan cihazlar ABŞ və Rusiyada hazırlanır. Birləşmiş Ştatlarda üçüncü nəsil gecəgörmə cihazlarının ixracı qəti surətdə qadağan edilib. Onları yalnız uzunmüddətli uyğunlaşdırmalardan sonra dost ölkələrin xüsusi bölmələri ala bilər. Həm də alıcı zəmanət verir ki, bu cihazlar üçüncü ölkələrin əlinə keçməyəcək.

    Rusiyada da son zamanlar analoji qanunvericilik qüvvədədir. Amma terrorçularda Rusiya elektronikası ilə təchiz olunan silahların, o cümlədən snayperlərin tapılması müəyyən suallar doğurur.

    “Biz Rusiya müəssisələrinə istehsal olunan elektron-optik çeviriciləri (EOP) tapdıq”, – nəşrin həmsöhbəti deyib.

    Bu cihazların terrorçuların əlinə necə keçdiyi isə məlum deyil. Nəşrin həmsöhbətlərinin məlumatına görə, Rusiya istehsalı olan elektronik cihazların terrorçularda aşkarlanması faktı üzrə cinayət işi qaldırılıb. Versiyalardan birinə görə, EOP üçüncü ölkələr vasitəsilə Suriyaya keçirilə bilər.

    Rusiya Federasiya Şurasının təhlükəsizlik üzrə komitə sədrinin birinci müavini Frans Klinseviçin fikrincə, problem qanunverici həlli tələb edəcək. Klinseviç əmindir ki, müvafiq müraciət daxil olarsa, Federasiya Şurası bu məsələ ilə məşğul olacaq.

    “Görünür, qanunvericilikdə boşluq var və optika məhsullarının istehsalçıları bundan istifadə edirlər”, – senator qeyd edib.

    Hərbi-müdafiə sənayesinin nümayəndələri də deyirlər ki, Rusiya istehsalı olan optika cihazlarının Suriyada döyüşçülərin əlinə hansı şəkildə keçdiyini bilmirlər. Rusiya üçüncü nəsil gecəgörmə cihazlarının istehsalçılarından biri olan “”Katod” Səhmdar Cəmiyyətinin baş direktoru Vladimir Loktionovun sözlərinə görə, ikiqat təyinatlı bütün məhsulların yerdəyişməsinə Rusiya və bu məhsullara alan ölkələrin dövlət orqanları tərəfindən ciddi nəzarət edilir.

    Rusiya üçüncü nəsil gecəgörmə cihazlarının digər bir istehsalçısı olan “Şvab” şirkətləri qrupundan isə bildiriblər ki, Rusiya məhsullarının terrorçuların əlində olması barədə informasiyaya malik deyillər. “Şvab” Rusiyanın optik sahəsinin inteqratorudur və öz məhsulunu ixracını rəsmi kanallar çərçivəsində həyata çatdırır.

    “Snayper cihazlarının İŞİD terrorçularında mövcudluğu faktı bizə məlum deyil”, – şirkətin mətbuat xidmətindən bildiriblər.

    “Kommersant”ın məlumatına görə, Suriyada döyüşçülərin arsenalında olan silahların araşdırmasına Rusiya hərbi mütəxəssisləri və xüsusi xidmət orqanlarının əməkdaşları 2015-ci ilin ikinci yarısından, yəni Rusiya bu ölkədə hərbi əməliyyatlara başladığı ilk günlərdən başlayıb. Rusiya döyüşçülərin əlində hansı ölkələrin silahlarının olduğunu müəyyən etməyə çalışırdı. Mütəxəssislər müəyyən ediblər ki, döyüşçülər ən müxtəlif, həmçinin NATO ölkələrinin ordularında olan snayper tüfənglərindən istifadə edirlər. Məsələn, Amerikanın “Remington MSR” və Avstriyanın “Steyr Mannlicher SSG 08” Suriyada döyüşçülərin istifadə etdiyi snayperlərdən idi. Ekspertlər qeyd edirlər ki, onlarla birlikdə ən müasir gecəgörmə cihazları da istifadə olunmalıdır. /publika.az/