Rusiya Suriyada döyüş aviasiyasının tətbiqini dayandırdı

    6

    Hurriyyet.org xəbər verir ki, bu haqda Rusiyanın Silahlı qüvvələrinin Baş qərargahının baş operativ idarəsinin müdiri, general-polkovnik Sergey Rudskoy brifinqdə bildirib.

    Rudskoy qeyd edib ki, Rusiya səfirliyinə atəşin açıldığı Kabun ərazisində terrorçuların məhv edilməsi üzrə əməliyyatlar davam edəcək.

    “Kabun rayonu təhlükəsizlik zonalarına daxil edilməyib. Bu rayona tamamilə “Ən-Nüsra” Cəbhəsinin döyüşçüləri tərəfindən nəzarət edilir və daim Dəməşqə, həmçinin Rusiya səfirliyinə atəş açılıq. Burada terrorçuların məhv edilməsi üzrə əməliyyat davam ediləcək”, – o deyib.

    Xatırladaq ki, Rusiya, Türkiyə və İran dünən Astanada təhlükəsizlik zonalarının yaradılması haqqında memorandumu imzalayıb. Sənəd çərçivəsində 4 zonanın yaradılması nəzərdə tutulub. Gələcəkdə bu zonaların sayı artırıla bilər. /publika.az/