Siyasi qüvvələri birləşdirməyin yolu – PARLAMENTLİ RESPUBLİKA

    3

    Hurriyyet.org xbər verir ki, bu barədə REAL Hərəkatının icra katibi Natiq Cəfərli deyib: “Türkiyə isə əks addım atır, bunun ciddi fəsadları var, getdikcə də artacaq”.

    ““ “İnkişaf etmiş 10 ölkədən 9-u parlament respublikalarıdır”

    “Dünyada ən inkişaf etmiş 10 ölkəyə baxaq, müxtəlif uğur reytinqlərində ilk 10-luqda olan ölkələrin 9-u parlament respublikalarıdır, tək ABŞ prezident üsul-idarəsinə malikdir, amma ABŞ-ın coğrafi, tarixi və hakimiyyət bölgüsü özəlliyi var, ştatlardan (dövlətlərdən) ibarət federal ölkədir” – deyib iqtisadçı.

    “Dünyanın ən geridə qalmış, kasıb10 ölkəsinin 10-da da prezident üsul-idarəsidir”

    Cəfərli əlavə edib ki, dünyanın ən geridə qalmış, kasıb, təhlükəli, təhsil və səhiyyəsi bərbad olan 10 ölkəsinin 10-da da prezident üsul-idarəsidir: “Zimbabve, Tacikistan, Suriya, Əfqanıstan, Venesuela, Türkmənistan və sairə, yəni, bir uğurlu prezidentli ölkə yoxdur ki, onlara baxıb, bu üsulun yaxşı olduğunu qeyd edə biləsən”.

    “Parlament respublikasına keçid hədəf elan olunmalıdır”

    Cəfərli hesab edir ki, Konstitusiyamızla hər 5-6 ildən bir oynamaqdansa, insanlara görə maddələr yazmaqdansa, birdəfəlik Ana Yasamız kökündən dəyişdirilməli, toplumsal uzlaşma sənədinə çevrilməli və parlament respublikasına keçid hədəf elan olunmalıdır: “Parlamentarizmə keçid siyasi qüvvələrin birlik modelinin ana xətti ola bilər, yəni, birlik modelləri şəxslər üzərində deyil də, dəyərlər və hədəflər üzərində olmalıdır. Bu günə qədər bütün birlik modelləri şəxslər üzərində, ya da şəxslərin müsibətlərindən asılı vəziyyətdə qurulub, ona görə də tam fiasko ilə nəticələnib. Parlament Respublikasına keçid hədəfi bir çox siyasi qüvvələri birləşdirə bilər , məncə, bu haqda düşünməyə dəyər…”

    Şamo, Hurriyyet.org