Ərdoğan: “Bunu etməsək, yox olacağıq”

    3

    Hurriyyet.org bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atlantika Şurası İstanbul sammitində çıxışında deyib.

    Mütəşəkkil cinayətkarlıq, kiber hücumlar, qida təhlükəsizliyi və İslam düşmənliyi kimi problemlərlə üzləşdiklərini deyən Ərdoğan bildirib ki, nüvə və ballistik raket sınaqları qədər Afrikadakı quraqlıq da beynəlxalq təhlükəsizlik və sabitliyi təhdid edir. Türkiyə prezidenti Suriyadakı cinayətlərin əsas səbəbinin Bəşər Əsəd rejimi olduğunu qeyd edib və Suriya liderini “qatil” adlandırıb.

    Suriyadan edilən PYD hücumlarına toxunan Ərdoğan bu ölkədə terror dəhlizinin yaradılmasına əsla icazə verməyəcəklərini vurğulayb. O, ABŞ-ın YPG-yə (PYD-nin silahlı qanadı –red.) dəstəyinin ittifaq ruhunu zədələdiyini söyləyib.