İranlı iş adamı ilə Lənkəranskinin qətlləri arasındakı ƏLAQƏ – Hər iki cinayətin…

    6

    Publika.az “Vətən” qəzetinə istinadən xəbər verir ki, sözügedən cinayətdə İran Mücahidləri Təşkilatı şübhəli bilinir.

    Məlumata görə, “Gem TV”-nin sahibləri olan iş adamları öz avtomobillərində gedən zaman 2 nəfər başı çalmalı qatillər tərəfindən güllə-baran edilib.

    Nəticədə, iş adamları hadisə yerindəcə keçinib.

    Ölənlərin ailələri cinayətin törədilməsində İran hakimiyyətini təqsirli bilir.

    Polis isə hadisəni törəməkdə şübhəli bilinən şəxsləri araşdırır. Əldə edilən məlumata görə, qatillər cinayəti törətdikdən sonra “Cip” avtomobili ilə hadisə yerindən qaçıblar.

    Türkiyə mediası sözügedən cinayətin ötən il İstanbulda öz avtomobilində güllələnmiş azərbaycanlı iş adamı Rövşən Lənkəranski hadisəsi ilə müqayisəsini aparıb.

    Məlumata görə, hər iki cinayətin motivi və hadisənin törədildiyi ərazi bir-birinə yaxındır.

    ““