Britaniya mətbuatı: Ölkədə faşizmin olduğunu göstərən 14 əlamət

    12

    Məqalədə deyilir ki, bu muzeydə 2017-ci ilin yanvarından nümayiş etdirilən foto çox sürətlə virtual şəbəkədə yayılıb. Fotoda faşizmin baş qaldırdığını göstərən 14 əlamətin siyahısı olan lövhə əks etdirilir.

    “The İndependent“ yazır ki, bu lövhənin fotosu bu ilin yanvarında ABŞ baş prokuror əvəzi Sally Q. Yates-in vəzifəsindən qovulmasına cavab kimi də dəyərləndirilə bilər.

    Məqalədə deyilıir ki, ümumiyyətlə prezident Donald Trampın opponentləri 2017-ci ilin Amerikası ilə 1920-ci illərin müharibələrarası faşist liderlərinin Avropası arasında paralellər tapmağı xoşlayırlar.

    2016-cı ilin sonlarında New York Times qəzeti özünün 1922-ci ilə aid arxiv nömrələrindən birində dərc olunmuş “Cənab Hitler“ məqaləsini təkrar çap etmişdi.

    Məqalədə Hitler haqqında belə yazılmışdı: “Onun proqramı on-on beş neqativ ideyanın ümumiləşdirmə qiyafəsinə salınmasından ibarətdir. O yəqin ki, nə etmək istədiyini özü də bilmir…“

    “The İndependent“ yazır ki, bu dəfə müqayisəni komediya aktyoru Felonious Munk (əsl adı Dennis Banks-dir) edib.

    Munk “faşizmin erkən əlamətlərinin siyahısı“ ilə bağlı bir neçə tvit postlayıb.

    O bazar ertəsi yazdığı tvitdə ABŞ baş prokuror əvəzi Sally Q. Yates-in Tramp tərəfindən vəzifəsindən qovulmasını xatırladır.

    Buna səbəb o olub ki, Yates tabeçiliyində olan Ədliyyə Nazirliyinə Trampın ziddiyyətli “miqrant qadağanını“ məhkəmə qərarlarından müdafiə etməməyə çağırıb.

    Munk xatırladır ki, Yates baş prokurorun müavini vəzifəsinə Barak Obama tərəfindən təyin edilmişdi və tezliklə ədliyyə naziri olacağı gözlənilirdi.

    Aktyor birinci tvitində yazırdı ki, “qanunsuz əmrləri yerinə yetirməkdən imtina edən rəsmilərin işdən qovulması açıq, tammiqyaslı faşizmin əlamətlərindən biridir…“

    Eyni tvitlə faşizmin həmin o 14 erkən əlamətinin siyahısını göstərən lövhənin fotosu da paylaşılmışdı.

    Bazar ertəsi paylaşılan siyahı 118 min dəfə təkrar tvit edilmiş və 160 min “like“ qazanmışdı.

    “The İndependent“ qəzeti haqqında danışılan 14 əlamətlik siyahının fotosunu dərc edib:

    Qüdrətli və davamlı millətçilik

    İnsan haqlarına hörmətsizlik

    Düşmənlərin birləşdirici hədəf edilməsi

    Hərbiyyənin üstünlüyü

    Baş alıb gedən seksizm və ya cinsi ayrı-seçkilik

    Mediaya nəzarət

    Milli təhlükəsizliyə ifrat aludəçilik

    Din və dövlətin çulğalaşması

    Şirkətlərin korporativ maraqlarının qorunması

    İşçi qüvvəsinin əzilməsi

    Ziyalıların və incəsənətin gözdən salınması

    Cinayət və cəza mövzusuna heyranlıq

    Açıq qohumbazlıq, dostbazlıq və korrupsiya

    Saxtalaşdırılmış seçkilər.

    BBC