Parlament I vitse-prezidentlə bağlı prezidentin göndərdiyi dəyişiklikləri qəbul etdi

    3

    Komitə sədrinin dediyinə görə, inzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir. Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir. Ə.Hüseynli ölkə prezidentinin sərəncamı ilə Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezident təyin olunduğunu xatırladıb və qanun layihəsinin Milli Məclisə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olduğunu qeyd edib. Komitə sədrinin sözlərinə görə, təklif Azərbaycan Konstitusiyasına 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış Birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındakı təsnifatını müəyyən etmək üçün verilib.
    Ə.Hüseynli millət vəkillərindən məsələyə səs verməyi xahiş etdikdən sonra dəyişikliklər yekdilliklə qəbul olunub. /musavat.com/