Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı

    3

    Dünən təcrübəli çalışdırıcıyla əlaqə saxladıqda məlum oldu ki, o, yekun siyahını açıqlamaq üçün sonuncu turun başa çatmasını gözləməyə qərar verib. Səbəbini isə belə izah etdi: “Əslində siyahı genişdi. Ancaq zədəlilərin sayı da çoxdu. Təsəvvür etmirdim ki, bu qədər futbolçunun problemi olacaq. Abbas Hüseynov əməliyyatdan çıxıb, Kamal Mirzəyevin də zədəsi var. Hətta Ruslan Abışovun da problemi var və oynayıb-oynamayacağı bilinmir. Ehtiyat edirəm ki, sonuncu turda da zədələnən olar. Ona görə gözləməyi məqsədəuyğun saydıq. Ayın 29-dan sonra son durumu biləcəm və yekun qərar verəcəm. Mayın 1-də təlim-məşq toplanışımız başlayır. İslam Olimpiadasına qədər yoxlama oyunumuz olmayacaq. Məşqlərlə kifayətlənəcəyik. Çünki 6-7 futbolçumuz “Qarabağ”ın və “Qəbələ”nin üzvüdü, onlar Naxçıvanda olacaqlar. Belədə yarımçıq heyətlə oynamağın da mənası qalmır. Görək onlar Naxçıvandan hansı durumda gələcəklər”. /football-plus.az/
    MİRAĞA