Xoyski və Ağaoğlu mükafatları – Yeni təsis olunan bu ali mükafatlar hansı meyarlarla veriləcək?

    6

    Bu barədə Hurriyyet.org-a məlumat verən təşkilat sədri Zaur Qəriboğlu birliyin idarə heyətinin iclasında verilən qərarı şərh edərkən, bunları deyib: “Bilirsiniz ki, təşkilatımız informasiya sahəsində fəaliyyət göstərir. Biz də QHT olaraq,  bu sahədə fəaliyyət göstərən insanların qiymətləndirilməsini, mükafatlandırılmasını özümüzə borc hesab edirik. Bu üzdən də birliyimiz “Fətəli Xan Xoyski Ali Mükafatı”nı təsis edərək, ildə iki dəfədən çox olmayaraq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xidmətlərinə görə fərqlənən şəxslərə təqdim edəcək. Həmçinin vətənpərvərliyin təbliğində mediada xidmətlərinə görə fərqlənən şəxslər isə tərəfimizdən “Əhməd bəy Ağaoğlu Ali Media Mükafatı”ilə təltif olunacaq” – deyən, BİRA sədri bu mükafatlardan əlavə olaraq, təşkilat informasiya müharibəsində Azərbaycan həqiqətlərinin yayılmasında yeni xidmət edən şəxsləri də“İnformasiya Müharibəsində fəaliyyətinə görə Debüt Diplom”u, sosial media hesablarında Azərbaycanın haqq səsinin bir neçə dillərdə yayımını həyata keçirən istifadəçilər isə “Sosial mediada Azərbaycan həqiqətlərini təbliğ etdiyinə görə Fəxri Fərman”la təltif ediləcəklərini qeyd edib.

    Yaxşı olardı  BİRA sədri açıqlamasında  təsis edilən mükafatların tətbiq olunmasında hansı meyarlara üstünlük verilməsi və kimlər tərəfindən müəyyənləşməsinə aydınlıq gətirərdi. Bu gün Azərbaycanla bağlı həqiqətlərin dünya miqyasına çıxarılması, vətənpərvər ruhlu materialların hazırlanması adıyla özünüreklam eləyən “jurnalistlər”, “feysbuk filosofları” o qədər artıb. Görəsən, bunu ayırd eləməyə BİRA-nın mütəxəssisləri varmı?!

    Hurriyyet.org