Tvitter Xameneinin səhifəsini bağladı

    15

    Tvitter sosial şəbəkəsi İranın dini lideri Əli Xameneinin ərəb dilində olan səhifəsini bağlayıb.
    Hurriyyet.org xarici mətbuata istinadən bildirir ki, həmin səhifədə dini lider barədə xəbərlər verilirdi və iştirak etdiyi tədbirlər işıqlandırılırdı.

    Tvitter atdığı addımın səbəblərini açıqlamayıb.

    Qeyd edək ki, Ayatullah Əli Xameneinin səhifəsi dəfələrlə xakerlər tərəfindən kiber hücumlara məruz qalıb. Hazırda bağlanan səhifə əvəzinə müvəqqəti olaraq yeni hesab fəaliyyət göstərir. Ərəb dilində səhifədən başqa İran dini liderinin ingilis, fransız və ispan dillərində Tvitter hesabı var.